İran və İraq xarici işlər nazirləri ikitərəfli münasibətləri araşdırıblar
Fev 12, 2023 10:42 Asia/Baku
-
İran və İraq xarici işlər nazirləri ikitərəfli münasibətləri araşdırıblar
İraq xarici işlər naziri Fuad Hüseynin İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla telefon söhbətində ikitərəfli münasibətlərin son durumu ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin İrana qarşı sanksiyaların ləğvi üzrə razılaşmalarla əlaqədar atılan və atılacaq addımlar barədə məşvərət ediblər.
İraq xarici işlər naziri sözügedən telefon danışığında öz iranlı həmkarını Bağdada səfərə dəvət edib.
İraq Qərbi Asiya bölgəsində yerləşən ərəb ölkələri arasında İranla daha çox mədəni-dini yaxınlıqlara malik olan bir ölkədir