Rəisi: Qlobal dəyişikliklərin mərkəzi kimi Asiyada sülhün qorunması zərurətdir
https://azeri.sahartv.ir/news/İran-i397416-rəisi_qlobal_dəyişikliklərin_mərkəzi_kimi_asiyada_sülhün_qorunması_zərurətdir
İran İslam Respublikası prezidenti Pekin Universitetində çıxışı zamanı deyib: "Asiya regionu yaranan qlobal dəyişikliklərin mərkəzindədir, ona görə də bu geniş ərazidə sülhün qorunması və möhkəmləndirilməsi təkcə seçim deyil, həm də zərurətdir".
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 15, 2023 10:59 Asia/Baku
  • Rəisi: Qlobal dəyişikliklərin mərkəzi kimi Asiyada sülhün qorunması zərurətdir

İran İslam Respublikası prezidenti Pekin Universitetində çıxışı zamanı deyib: "Asiya regionu yaranan qlobal dəyişikliklərin mərkəzindədir, ona görə də bu geniş ərazidə sülhün qorunması və möhkəmləndirilməsi təkcə seçim deyil, həm də zərurətdir".

SəhərAzəri-nin məlumatına əsasən, Cənab İbrahim Rəisi bu gün səhər, çərşənbə günü Pekin Universitetinin rəsmiləri, professorları və tələbələri qarşısında çıxışı zamanı İran-Çin əlaqələrinin tarixi keçmişinə toxunaraq, deyib: "Çin qədim İpək Yolu vasitəsilə qloballaşıb. Bu ticarət yolu İran və Çin arasında davamlı əlaqələr yaradıb və İpək Yolu müxtəlif ölkələr arasında ticarət və əməkdaşlığı asanlaşdıran ən mühüm yol olmaqla yanaşı, həm də tarix boyu müxtəlif cəmiyyətləri bir-birinə bağlayan mədəni bir ipdir".

Raisi həmçinin Çin hökumətinin "Bir Kəmər, Bir Yol" təşəbbüsünü alqışlayıb və əlavə edib: "Bu təşəbbüsün yeni dünyada canlanması ilə iki ölkə bir daha dostluğu gücləndirmək və bəşər cəmiyyətinin səadəti üçün perspektivli gələcək yaratmaq üçün ahəngdar inkişaf və strateji tərəfdaşlıq istiqamətində möhkəm addımlar atmaq əzmində olduqlarını nümayiş etdiriblər".

Pekin Universitetindəki çıxışının başqa bir hissəsində İran İslam Respublikası prezidenti yeni dünyanın formalaşmaq üzrə olduğunu və köhnə sistemin aradan qalxacağını bildirərək, yeni dünyanın real çoxtərəflilik, maksimum sinerji və həmrəylik və birtərəflilikdən mümkün qədər uzaqlaşmağa əsaslanan yeni bir sistem tələb etdiyini vurğulayıb, ta ki, ədalətli və vicdanlı bir sistemin şahidi olaq.

Rəisi qeyd edib ki, Asiya regionu yaranan qlobal dəyişikliklərin mərkəzində olduğu üçün bu geniş ərazidə sülhün qorunması və möhkəmləndirilməsi təkcə seçim deyil, həm də zərurətdir.

O, İranın gücünün təhlükəsizlik yaradan bir gücü olduğunu və onun regional imkanlarının müxtəlif ölkələrdə sülh və sabitliyi dəstəklədiyini və yalnız hegemon güclərin təhlükəsi ilə mübarizə üçün istifadə edildiyini vurğulayıb və əlavə edib: "Qərbi Asiya regionunda terrorizm və ekstremizm kimi transmilli çağırışların öhdəsindən gəlmək İran İslam Respublikasının strateji nailiyyətlərindən biridir".

İran İslam Respublikası prezidenti bazar ertəsi axşam yüksək səviyyəli bir nümayəndə heyətinin başında Çin prezidentinin rəsmi dəvəti ilə Tehrandan Pekinə yola düşüb.