İrandan İlham Əliyevin iddiasına cavab
https://azeri.sahartv.ir/news/İran-i397518-İrandan_İlham_Əliyevin_iddiasına_cavab
İranın XİN sözçüsü Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İranın rəsmi qurumlarının bu ölkənin Tehrandakı səfirliyinə hücumda əli olmaqda ittiham etməsinə münasibət bildirib:
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 19, 2023 18:07 Asia/Baku
  • İrandan İlham Əliyevin iddiasına cavab

İranın XİN sözçüsü Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İranın rəsmi qurumlarının bu ölkənin Tehrandakı səfirliyinə hücumda əli olmaqda ittiham etməsinə münasibət bildirib:

"Mövzunu siyasiləşdirmək, mediyaya yönəltmək və öncədən hökm çıxarmaqdan çəkinmək daha yaxşı olar".

Nasir Kənani Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı hücumla bağlı qeyri-hüquqi yozumları medialaşdırmağın cinayət işinin hüquqi və məhkəmə prossesi istiqamətində konstruktiv təşəbbüs olmadığını deyib. "İran İslam Respublikası təhqiqatların nəticələrini Azərbaycan tərəfinin ixtiyarına verməyə hazırdır və əminik ki, əməkdaşlıq və konstruktiv münasibət atmosferində Azərbaycan Respublikası rəhbərliyi üçün yaranmış suallar və anlaşılmazlıqların hamısı öz həllini tapacaqdır."