Fars Körfəzində ABŞ istehsalı olan silahları daşıyan gəmi saxlanılıb
İranın Nizam-İntizam Qüvvələrinin sərhəd qoşunlarının komandiri Fars körfəzində ABŞ istehsalı olan soyuq silahları daşıyan gəminin saxlanıldığını bildirib.
İran İslam Respublikasının Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əli Qüdərzi deyib: "İranın cənubundakı Buşehr liman əyalətində 5000-dən çox qəmə və qılınc daşıyan bir gəmi aşkar edilib. Amerika istehsalı olan bu silahlar elə bir şəkildədir ki, onlara qan nə qədər çox dəysə, bir o qədər iti olurlar.
General Quderzi əlavə edib: "Son bir neçə ayda İran sərhədçiləri 3000-dən çox döyüş silahı aşkar ediblər, hansı ki, ölkədə iğtişaşçıların və quldurlar aras;nda paylanmaq məqsədilə ölkəyə daşınır".
İranın Nizam-İntizam Qüvvələrinin sərhəd qoşunlarının komandiri vurğulayıb ki, Fars körfəzi regionu və Qərbi Asiya ABŞ-ın terrorçu ordusunun cövlangahı deyil, İran İslam Respublikasının silahlı qüvvələri keçmişdəkindən daha güclüdür və bu güc kifayət qədər nəzərə çarpır.
Sentyabrın sonundan etibarən İranın bəzi bölgələrində iğtişaşlar baş verdi və elə ilk günlərdə bu iğtişaşların yayılmasında bəzi ənənəvi və müasir medianın rolu aşkar oldu.
Bu iğtişaşlarda ABŞ-ın siyasi rəhbərləri, sionist rejim və bəzən bəzi Avropa ölkələri, onların mediası, eləcə də Qərbin dəstəklədiyi fars dilli medialar İran millətinin hüquqlarını dəstəkləmək şüarı ilə iğtişaşçıları və millətin təhlükəsizliyini pozanları dəstəkləmək üçün əllərindən gələni etdilər.
Qərb ölkələri və onlara bağlı olan mediaların İranda iğtişaş və əmin-amanlıq yaratmaq səyləri elə bir şəraitdə idi ki, milyonlarla iranlı öz quruluşunu və ölkəsini dəstəkləyib, iğtişaşa və xaosa qəti şəkildə qarşı olduğunu bildirmək üçün dəfələrlə ölkənin küçə və meydanlarına çıxıb.