İnqilab Rəhbəri: İran dövlətinin güclü xalq təməli var
https://azeri.sahartv.ir/news/İran-i397642-İnqilab_rəhbəri_İran_dövlətinin_güclü_xalq_təməli_var
İslam İnqilabının Böyük Rəhbəri Rəhbərlik Xübreqanı Məclisinin üzvlərilə görüşdə vurğulayıblar ki, quruluşun güclü xalq bünövrəsi bütün rəsmilər və din ailmlərinə öz qəti sözünü deyibdir.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 23, 2023 12:42 Asia/Baku
  • İnqilab Rəhbəri: İran dövlətinin güclü xalq təməli var

İslam İnqilabının Böyük Rəhbəri Rəhbərlik Xübreqanı Məclisinin üzvlərilə görüşdə vurğulayıblar ki, quruluşun güclü xalq bünövrəsi bütün rəsmilər və din ailmlərinə öz qəti sözünü deyibdir.

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri bu gün Rəhbərlik Xübreqanı Məclisinin üzvlərilə görüşdə bu məclisi olduqca mühüm və yüksək adlandırıblar. O həzrət xalqın müxtəlif səhnələrdəki misilsiz, ardıcıl və həyati iştirakına işarə ilə, deyiblər: Quruluşun güclü bünövrəsi milli sərvətidir ki, Allah-Taala quruluşun bütün rəsmiləri və din ailmlərinə öz qəti sözünü söyləyib və hamı bu böyük sərmayənin qorunması və artırılmasında durmadan səy göstərməlidir.

Ayətullahuluzma Xamenei Xübreqan Məclisinin önəmi və həssaslığını quruluşdakı hər hansı mərkəz və məcmuədən üstün adlandırıb və deyiblər: Bu məclis həm rəhbərliyin təyinedicisidir, həm də öz qorumaları ilə rəhrbəlik şəraitinin mövcudluğu və davam etməsinin zəmanətçisidir ki, belə bir əzəmətli mövqe xübreqan məclisinin üzvləri üçün ağır vəzifələr təyin edir.

İnqilab Rəhbəri xübreqan məclisi ilə düşmənçilikləri İslam Respublikası ilə əsas düşmənçiliklərdən adlandırb və deyiblər: İslam Respublikası ilə bəzi düşmənçiliklər siyasi məsələlər və onun Fələstin kimi mövzu qarşısındakı mövqeyilə bağlıdır. Amma bəzi düşmənçiliklər quruluşun mahiyyəti ilədir.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Bu quruluş dinin hər cür istimai məsələyə qarışması ilə müxalif olan və yalan azadlıq və demokratiya bayrağının arxasında dünya mənbələrinin talan edilməsi və hegemonçuluq planını çəkmiş Qərb variantına inanan şəxslər qarşısında dayanıb və demokratiya və azadlığı dinin kənarında yerləşdirməklə onların planlarını pozubdur.

O həzrət qeyd ediblər: Sanksiyalar kimi şübhələr cavab vermək üçün mütaliə, araşdırma və təfəkkürə səbəb olur. Sanksiyaların bizi müdafiə, müalicə və sağlamlıq kimi müxtəlif məsələlərə daxil etdiyi və bizim yeni nailiyyətlər əldə etməyimizə səbəb olduğu kimi. Əgər sanksiyalar olmasaydı, qəti şəkildə bu texniki və sənaye irəliləyişləri olmazdı.

Görüşün əvvəlində İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi və Rəhbərlik Xübreqanı Məclisinin sədr müavini bu məclisin 11-ci rəsmi iclasının üç iş bölməsi barədə məlumatı təqdim ediblər.