Baftda helikopter süqutu nəticəsində bir nəfər həyatını itirib
https://azeri.sahartv.ir/news/İran-i397654-baftda_helikopter_süqutu_nəticəsində_bir_nəfər_həyatını_itirib
İranın Kirman vilayətinin Baft rayonunun Qırmızı Aypara Cəmiyyətinin ictimai əlaqələr şöbəsi ölkənin idman və gənclər nazirini aparan helikopterin süqutu xəbərini təsdiq edib. Bildirib ki, bu helikopter Baft rayonu stadionunda eniş edərkən qəzaya uğrayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2023 07:01 Asia/Baku
  • Baftda helikopter süqutu nəticəsində bir nəfər həyatını itirib

İranın Kirman vilayətinin Baft rayonunun Qırmızı Aypara Cəmiyyətinin ictimai əlaqələr şöbəsi ölkənin idman və gənclər nazirini aparan helikopterin süqutu xəbərini təsdiq edib. Bildirib ki, bu helikopter Baft rayonu stadionunda eniş edərkən qəzaya uğrayıb.

Kirman valiliyinin ictimai əlaqələr şöbəsinin müdiri deyib ki, təəssüflə, qəza hadisəsində idman nazirinin rəyasət dairəsinin müdiri və müşaviri vəzifəsini daşıyan şəxs həyatını itirib.

Kirman valisi Məhəmməd-Mehdi Fədakarın dediyinə görə, bir dəfə enib-qalxan helikopter ikinci dəfə eniş etmək istəyərkən qəzaya uğrayıb.

 Səbəbin araşdırıldığını deyən vali qeyd edib ki, bədən xəsarəti alanların vəziyyəti qənaətbəxşdir və Baft xəstəxanasında müalicə olunurlar.

Kirman təcili yardım idarəsinin rəisi bildirib ki, idman naziri helikopter qəzası nəticəsində beyin zərbəsi və beyin qansızmasına düçar olsa da onun nəbzi, qan təzyiqi və tənəffüsü də daxil olmaqla həyat əlamətləri stabildir.

Nazir Baft rayonundakı idman layihələrinə baş çəkmək üçün bu rayona səfər edibdir.