General-mayor Səlami: Səsdən sürətli kruz raketlərin istehsalı artırılacaq
https://azeri.sahartv.ir/news/İran-i397715-general_mayor_səlami_səsdən_sürətli_kruz_raketlərin_istehsalı_artırılacaq
İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri səsdən sürətli kruz raketlərin hazırlandığını vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2023 15:21 Asia/Baku
  • General -mayor Səlami
    General -mayor Səlami

İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri səsdən sürətli kruz raketlərin hazırlandığını vurğulayıb.

 SəhərAzəri-nin məlumatına görə, general-mayor Səlami bu gün (şənbə) ABŞ-ın keçmiş casus sığınacağında keçirilən Milli Cihad Festivalının yekununda amerikalıların İran xalqına qarşı ardıcıl məğlubiyyətlərinə işarə edərək deyib: “Amerikalılar hərbi döyüş meydanında İrana qarşı bütün strateji ehtiyatlarından istifadə etdilərlakin sonda məğlub oldular” .

 İran İslam Respublikasının strateji xətti Aralıq dənizi və Qırmızı dənizə qədər genişləndiyini xatırladan İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı əlavə edib: “Bu gün biz Aralıq dənizi və Qırmızı dənizin yanındayıq və biz düşməni bu ərazilərilərdə darmadağın etmişik" 

 General-mayor Səlami düşmənin İrana qarşı təxminən yeddi min milyard dollar xərcləməli olduğunu xatırladaraq dedi: Düşmən məntiqlə davaranışı qəbul etmir və zorakı düşmənin dili ancaq zor gücünə başa salmaq olar.  

  Xatıraladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri İranın 1650 km mənzilli quruda yerləşən ən yeni kruz raketi “Paveh Raketini” istehsal edib və təqdim edib.