İran Britaniyanın Tehrandakı səfirliyinin bağlanması ilə bağlı iddiaları rədd edib
Fev 27, 2023 14:50 Asia/Baku
İranın Britaniyadakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətin Londonda yerləşən internet saytının Britaniyanın Tehrandakı səfirliyinin bağlanması ilə bağlı iddialarını rədd edib.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyni Mətin bazar ertəsi Twitter hesabında yazıb: “Düşmənlərin Britaniya da daxil olmaqla Qərb ğlkələri ilə İran arasında normal münasibətlərə qarşı gizli planları və ya arzuları".
"JC-nin əsassız iddiaları və saxta xəbərləri qəti şəkildə rədd edilir. İran İslam Respublikası qarşılıqlı hörmət şərti ilə Britaniya ilə konstruktiv və normal münasibətlərin tərəfdarıdır", - deyə o, əlavə edib.
"Jewish Chronicle" daha əvvəl iddia etmişdi ki, İran Britaniyanın Tehrandakı səfirliyini bağlamağa hazırlaşır.
Teqlər