Pakayin: İslam və şiəlik Azərbaycanda dərin köklərə malikdir
https://azeri.sahartv.ir/news/İran-i397926-pakayin_İslam_və_şiəlik_azərbaycanda_dərin_köklərə_malikdir
İran İslam Respublikasının Bakıdakı sabiq səfiri şiə ruhanisinin misli görünməmiş dəfn mərasimi Azərbaycanda İslam və şiəliyin dərin köklərə malik olmasının əlaməti kimi səciyyələndirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 05, 2023 08:45 Asia/Baku
  • Pakayin: İslam və şiəlik Azərbaycanda dərin köklərə malikdir

İran İslam Respublikasının Bakıdakı sabiq səfiri şiə ruhanisinin misli görünməmiş dəfn mərasimi Azərbaycanda İslam və şiəliyin dərin köklərə malik olmasının əlaməti kimi səciyyələndirib.

 

Möhsün Pakayin İranın nüfuzlu Xəbəronlayn portalı üçün qələmə aldığı məqalədə yazır: “Azərbaycan Respublikasının tanınmış din xadimi Hacı Şahin Həsənlinin vəfatı və cənazəsinin xalq tərəfindən misli görünməmiş şəkildə dəfn edilməsi bu ölkədə islam və şiəliyin dərin köklərə malik olmasının rəmzi və xalqın tanınmış ilahiyyatçıya verdiyi qiymətdir”.

Sabiq diplomat qeyd edib ki, Hacı Şahin zəhmətkeş və savadlı bir alim kimi islam və şiə maarifinin təbliğatına böyük əmək sərf etdi. O, natiq qiyafəsində Azərbaycan türkcəsi, rus və fars dillərini mükəmməl bildiyi üçün əxlaqi məzmunda çıxış edir və İslam həyat tərzini insanlara öyrədirdi.

Möhsün Pakayin əlavə edib: “Bu dəyərli din xadimi Məşədi Dadaş məscidindəki fəaliyyəti ilə yanaşı, kurslar yaradıb gənc tələbələri cəlb etməklə İslam və şiə maarifini düzgün formada yayırdı. O, ənənəvi və müasir metodlardan istifadə etməklə ictimaiyyətin etimadını qazanmış, bir çox gəncləri valeh etmişdi”.

Sabiq səfir sonra yazır: “Hacı Şahin Həsənli ziyarət əhli idi və onu İraqdakı müqəddəs ziyarətgahlara və müqəddəs Məşhədə səfərlərində yüzlərlə insan müşayiət edirdi. Bir neçə il əvvəl onun başçılığı ilə bu ölkədən 700 nəfər müsəlmandan ibarət heyət Məşhədə və İmam Rzanın (ə) hərəminə gedib, onun imaməti ilə bu müqəddəs məkanda camaat namazı qıldı. Həmçinin Ramazan ayında möhtəşəm cümə namazlarının qurulması, Qədr gecələrinin və Quran qiraəti məclislərinin keçirilməsi, Məhərrəm və Səfər aylarında Hüseyn əzadarlığının yaradılması Məşədi Dadaş məscidini dini təbliğat bazasına çevirmişdi. Bununla yanaşı o, Azərbaycan gənclərinin təkfirçilərə qoşulmasının qarşısını almaqda mühüm rol oynadı”.

Sabiq səfir onu da qeyd edib ki, Hacı Şahin Həsənli adətən Tehranla Bakı arasında əlaqələrin genişləndirilməsinin tərəfdarı kimi çıxış edərək, özünü Həzrət Ayətullahül-üzma Xameneinin müqəllidi hesab edirdi və bu əqidəni söyləməkdən çəkinmirdi.