Aliməqamlı Rəhbər: Şagirdlərin zəhərlənməsi böyük və bağışlanmaz cinayətdir
https://azeri.sahartv.ir/news/İran-i397953-aliməqamlı_rəhbər_Şagirdlərin_zəhərlənməsi_böyük_və_bağışlanmaz_cinayətdir
İslam İnqilabının Aliməqamlı Rəhbəri Milli Ağac əkmə günü münasibəti ilə fidan əkdikdən sonra bildirib ki, bütün İranda məktəbli qızların zəhərlənməsi məsələsi böyük və bağışlanmaz cinayətdir və rəsmilər bu iş ciddi şəkildə araşdırmalıdırlar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 06, 2023 10:28 Asia/Baku
  • Aliməqamlı Rəhbər: Şagirdlərin zəhərlənməsi böyük və bağışlanmaz cinayətdir

İslam İnqilabının Aliməqamlı Rəhbəri Milli Ağac əkmə günü münasibəti ilə fidan əkdikdən sonra bildirib ki, bütün İranda məktəbli qızların zəhərlənməsi məsələsi böyük və bağışlanmaz cinayətdir və rəsmilər bu iş ciddi şəkildə araşdırmalıdırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahül-üzma Xamenei əlavə ediblər: "Şagirdlərin zəhərləndiyi sübut olunarsa, cinayəti törədənlər ciddi şəkildə cəzalandırılmalıdır".

"Bu insanlara he, bir amnistiya olmayacaq", - deyə Aliməqamlı Rəhbər vurğulayıblar.

Qeyd edək ki, ötən günlərdə İranın bəzi şəhərlərində bir neçə məktəbin şagirdləri zəhərlənib. Hazırda ekspertiza qrupları bu zəhərlənmənin səbəbini araşdırırlar.

Martın 20-də başa çatacaq Esfənd ayının 15-i Iranda Milli Ağacəkmə Günü kimi tanınır.