Tehranda "Yasin" təlim reaktiv təyyarəsi prototipinin təqdimatı olub
https://azeri.sahartv.ir/news/İran-i398104-tehranda_yasin_təlim_reaktiv_təyyarəsi_prototipinin_təqdimatı_olub
Məlumata görə, "Yasin" təlim reaktivi istehsalının prototipi bu gün (şənbə) İran Silahlı Qüvvələrinin müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Məhəmməd Rza Aştianinin iştirakı ilə təqdim edilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 11, 2023 11:29 Asia/Baku
  • Tehranda

Məlumata görə, "Yasin" təlim reaktivi istehsalının prototipi bu gün (şənbə) İran Silahlı Qüvvələrinin müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Məhəmməd Rza Aştianinin iştirakı ilə təqdim edilib.

  SəhərAzəri-nin məlumatına əsasən, bu mərasimdə inkişaf etdirilmiş təlim təyyarəsi "Yasin" in kütləvi istehsal sisteminin də açılışı olub.

  İran Silahlı Qüvvələrinin Müdafiə və Silahlı qüvvələrə Dəstək Naziri nümayişdə verdiyi müsahibədə bildirib ki, Yasin reaktiv təyyarəsi həm də döyüş və yaxın yardım təyyarəsi ola bilər.

  Briqada generalı Aştiani bildirib ki, İran Müdafiə Nazirliyinin aviasiya sənayesi illər öncə ikinci nəsil Yasin təlim reaktivinin dizaynına başlayıb. Bu döyüş təyyarəsinin ən üstün xüsusiyyətləri tamammilə yerli istehsal gücünə başa gəlib.