Son məktəb hadisələrində təsirli olan yüzdən çox amil ələ keçirilib
https://azeri.sahartv.ir/news/İran-i398133-son_məktəb_hadisələrində_təsirli_olan_yüzdən_çox_amil_ələ_keçirilib
İran daxili işlər nazirliyi ölkədə baş vermiş son məktəb hadisələrində təsirli olan yüzdən çox amilin müəyyən edildiyi və ələ keçirildiyini bildirib
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 12, 2023 09:56 Asia/Baku
  • Son məktəb hadisələrində təsirli olan yüzdən çox amil ələ keçirilib

İran daxili işlər nazirliyi ölkədə baş vermiş son məktəb hadisələrində təsirli olan yüzdən çox amilin müəyyən edildiyi və ələ keçirildiyini bildirib

Ötən günlərdə İranın bəzi şəhərlərində bir qrup məktəbli zəhərlənibdir ki, dəyərləndirmə-ixtisas qrupları bu zəhərlənmə macərasının səbəblərini araşdırmağa başlayıblar.

İran daxili işlər nazirliyi bir bəyanatda bildiribdir ki, Tehran, Qum, Zəncan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Kürdüstan və Xorasane Rəzəvi vilayətlərində əldə olunan axırıncı məlumatlara əsasən, son məktəb hadisələrində təsirli olan yüzdən çox amil barədə təhqiqat aparılıb.

Bəyanatda sonra deyilir: Bu halların bir hissəsi nadinclik və ya macaraçılıq üzündən, həmçinin dərslərin tətil edilməsi məqsədilə və yaranmış psixoloji atmosferin təsiri altında pis iyli və təhlükəsiz maddələrdən istifadə kimi hərəkətlərlə bağlı olub. Lazımi xatırlatmanın verilməsilə yanaşı, bu qəbil şəxslər barədə qanuni təhqiqat əminlik və yekun nəticə əldə olunana qədər davam edəcək.