Şahçırağ ziyarətgahında törədilən terror aktının yeni təfərrüatları
https://azeri.sahartv.ir/news/İran-i398225-Şahçırağ_ziyarətgahında_törədilən_terror_aktının_yeni_təfərrüatları
Şahçerağ ziyarətgahında törədilən terror aktında təqsirləndirilənlərdən biri məhkəmədə ölkə daxilində İŞİD ünsürlərinə necə dəstək verilməsi ilə bağlı yeni və vacib təfərrüatları açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2023 15:41 Asia/Baku
  • Şahçırağ ziyarətgahında törədilən terror aktının yeni təfərrüatları

Şahçerağ ziyarətgahında törədilən terror aktında təqsirləndirilənlərdən biri məhkəmədə ölkə daxilində İŞİD ünsürlərinə necə dəstək verilməsi ilə bağlı yeni və vacib təfərrüatları açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İŞİD-in İranın cənubundakı Fars vilayətinin mərkəzi Şiraz şəhərində yerləşən Həzrət Əhməd bin Musanın (ə) müqəddəs ziyarətgahına silahlı hücumu 2-si uşaq olmaqla 15 nəfərin şəhid olması və 27 zəvvarın yaralanması ilə nəticələndi. 

"Mizan" xəbər agentliyinin məlumatına görə, Şirazın İnqilab Məhkəməsinin 1-ci şöbəsində müqəddəs Şahçırağ hərəmində terror aktını törədənlərin istintaqı davam etdirilir. Prokurorun nümayəndəsi yenidən elan edilmiş ittiham aktını müdafiə etdikdən sonra , İranda İŞİD ünsürlərinə dəstək verməkdə müttəhimlərin roluna aydınlıq gətirmək üçün məhkəmənin rəhbəri iki məlumatlı şəxsi tribunaya çağırıb.

Hakim Seyid Mahmud Sadati məlumat verənlərin terror aktının əsas icraçısı və işin birinci və ikinci dərəcəli müttəhimləri ilə tanışlığı və əlaqəsi barədə sual verərək, iş üzrə təqsirləndirilən şəxslərin iddiaları və məhkəmədəki etiraflarını uyğunlaşdırmağa çalışdı. 

Qonşu ölkə vətəndaşı olan bu iki şəxs məhkəmə qarşısında verdikləri ifadələrdə Telegram və İnstaqram kanalları vasitəsilə İŞİD qruplaşmasının əlaqələndiricisi ilə necə tanış olduqlarına toxunaraq, bu qruplaşmanın liderlərindən birinin rəhbərliyi ilə Tehranda terror qruplaşmanın əlaqələndiricisi ilə tanış olduqlarını və təhlükəsiz və qrup evlərində yaşadıqlarını bildiriblər. 

İclasın davamında Şirazın İnqilab Məhkəməsinin birinci şöbəsinin rəhbəri iş üzrə üçüncü dərəcəli təqsirləndirilən "Nəim Haşim Qetali" adlı şəxsin rolunu təhlil edib.

Məlumatlı şəxslər logistikaya və yerləşdirmələrinə, həmçinin terror aktının əsas icraçısı olan Əbu Aişə kimi tanınan Hamidə işarə edərək, İrana daxil olduqdan sonra bir müddət terror aktının əsas icraçısı ilə eyni yerdə qaldıqlarını etiraf ediblər.

Məhkəmə iclasının davamında 3-cü dərəcəli təqsirləndirilən şəxs tribunaya çıxaraq, İŞİD qruplaşmasının üzvü olduğunu, həmçinin bu qrupun Əfqanıstandakı qollarından birinin rəhbəri əlaqədə olduğunu etiraf edərək, deyib: "İşləmək üçün İrana gəldim, amma bir müddət sonra İŞİD-in Əfqanıstandakı liderlərindən olan Abdulla Səid mənə zəng etdi".

Bu müttəhim Şahçırağ ziyarətgahında törədilən terror aktında iştirak etdiyini, həmçinin keçmişdə Bəqram həbsxanasında birinci dərəcəli müttəhim Məhəmməd Raməzlə tanışlığını və onunla əlaqə saxladığını etiraf edib.