Mart 16, 2023 15:31 Asia/Baku
  • Analitiklərin nəzərincə sabitlik üçün “dəniz təhlükəsizlik kəməri” təlimləri əhəmiyyətlidir

Hərbi analitiklər hesab edirlər ki, qərb təlimlərindən fərqli olaraq, İran, Rusiya və Çinin iştirakı ilə keçirilən “dəniz təhlükəsizlik kəməri” tərkibli təlimi qlobal və regional sabitliyi möhkəmləndirmək məqsədi daşıyır.

“2023 dəniz təhlükəsizlik kəməri” birgə təliminin əsas mərhələsi yaxın günlərdə keçiriləcək. Bu təlimdə İran İslam Respublikasının və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin bölmələri, habelə Çin və Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri çərşənbə günü İran İslam Respublikasının ərazi sularına daxil olublar.

“China Mail” saytı bu kontekstdə yazıb ki, Oman dənizində Çin, İran və Rusiya daxil olmaqla ölkələrin birgə keçirdiyi təlimin dünyanın digər regionlarındakı vəziyyətlə heç bir əlaqəsi yoxdur. Bu təlim iştirakçı ölkələrin regionda sülh və sabitliyi qorumaq istəyini göstərir.

Çinin Müdafiə Nazirliyi də çərşənbə günü elan edib ki, Çin, İran, Rusiya və digər ölkələrin donanması gələn çərşənbə günündən bazar gününə kimi “2023 Dəniz Təhlükəsizlik Kəməri “ birgə təlimini keçirəcəklər. Çin bu təlimdə iştirak etmək üçün özünün “Nanninq” raket esminesini göndərib. Esmines havada axtarış, dənizdə xilasetmə kimi təlimlərdə iştirak edəcək.

“Tsinghua” Universitetinin Strateji və Təhlükəsizlik Mərkəzinin ali dərəcəli üzvü və Ordu Hərbi Elmlər Akademiyasının beynəlxalq hərbi əlaqələr üzrə tədqiqatçısı Zhubo bildirib ki, müntəzəm mexanizmə çevrilən bu birgə təlimin Oman körfəzində dəniz təhlükəsizliyinə öz töhvəsini verəcəyini bildirib. Çin həmçinin bildirib ki, birgə dəniz təlimi birgə müdafiə əməkdaşlığının bir hissəsidir və heç bir regional vəziyyətlə ya da dünyada hər hansı üçüncü tərəflə əlaqəli deyil.

Hərbi analitik əlavə edib ki, bu təlim Çinin yüksək əhəmiyyət kəsb edən regionda sülh və sabitliyi qorumaq üçün güclü iradəsini göstərir. O deyib: "Oman dənizi Hörmüz boğazı vasitəsilə Fars körfəzinə bağlıdır və dünyanın bir çox böyük neft istehsalçılarının mərkəzinə çevrilib"

Digər çinli analitik deyir ki, dəniz təlimləri adətən ehtimal olunan düşmənlərə qarşı hərbi təlimlər keçirən Çin və Qərb hərbi alyansı arasında intellektual fərqləri göstərir. Onun nəzərincə tez-tez hipotetik düşmənlərlə təlimlər keçirən Qərb hərbi alyansından fərqli olaraq, Çin və digər iştirakçı ölkələr birgə hərbi təlimlərdə daim qlobal və regional sabitliyin qorunmasına daha da diqqət yetirirlər.

 

 

Teqlər