Mart 17, 2023 21:25 Asia/Baku
  • İran-Çin-Rusiya hərbi təlimləri davam edir

İran, Çin və Rusiya arasında Hind Okeanının şimalında keçirilən “Dəniz təhlükəsizliyi qurşağı-2023” adlı mürəkkəb hərbi dəniz təlimləri davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, Bütün əlaqə imkanlarının kəsilməsi şəraitində əməliyyatın məşq edilməsi, gecə hava hədəflərinin təqib və məhv edilməsi,/ İran, Çin və Rusiya hərbi bölmələrinin sözügedən təlimlərin ilk əməliyyat etapında icra olunan proqramı olubdur.

«Photo Ex» təlimləri, həmçinin iranlı, rus və çinli hərbi gəmilərin öncədən təyin edilmiş hədəflərə hücumu da bu hərbi təlim-məşqlərinin ikinci əməliyyat mərhələsində keçirilib. Üçüncü etapda dəniz quldurları ilə mübarizə məşq ediləcəkdir.

“Dəniz təhlükəsizliyi qurşağı-2023” adlı mürəkkəb hərbi dəniz təlimlərinin sözçüsü hava hədəflərinə qarşı gecə atış əməliyyatının icra olunduğunu bildirib. Qeyd edib ki, iştirakçı bölmələr dünən gecə ən mühüm dəniz təlim-məşqlərdindən biri kimi hava hədəflərinə qarşı gecə atış əməliyyatını uğurla həyata keçiriblər.

İkinci dərəcəli kontr-admiral Tacəddini «Photo Ex» təlimləri barədə belə deyib: Bu təlimlər İran İslam Respublikası ordusu və Sepah-ın dəniz qüvvələrindən ibarət İranın dəniz qoşunları ilə Çin və Rusiyanın dəniz qoşunları arasındakı birgə taktiki anlaşma əsasında uğurla icra edilib.

Hərbi təlimlərin sözçüsü əlavə edib: Hərbi təlimlərin bütün mərhələləri İran İslam Respublikası ordusu və Sepah-ın dəniz qüvvələri helikopterlərinin hava nəzarəti və təqibi ilə həyata keçirilir.

Sözügedən mürəkkəb hərbi təlimlərin əməliyyat mərhələlər/i əsaslandırma yığıncağının keçirilməsindən sonra cümə axşamı günü gecədən Hind Okeanının şimalı və Oman dənizi arasındakı bölgədə başlanıb.

 

Teqlər