Ələrəci Bağdad hava limanında Şəmxanini qarşılayıb
Mart 19, 2023 18:14 Asia/Baku
-
Ələrəci Bağdad hava limanında Şəmxanini qarşılayıb
İran İslam Respublikası ali milli təhlükəsizlik şurasının katibi İraq milli təhlükəsizlik müşaviri ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Bu gün səhər saatlarında Bağdada daxil olan Əli Şəmxani bu şəhər aeroportunda Qasim Ələrəci ilə görüşüb, məşvərət edibdir.
İran İslam Respublikası ali milli təhlükəsizlik şurasının katibini İraq səfərində İran mərkəz bankının baş direktoru, xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini və nazirin Fars Körfəzi hövzəsi ölkələri məsələləri üzrə köməkçisi müşayiət edirlər.
Şəmxani bu səfərdə İraq hökumətinin yüksək vəzifəli siyasi və iqtisadi rəsmiləri ilə görüşüb, fikir mübadiləsi aparacaq.