Mart 23, 2023 18:20 Asia/Baku
  • Kənani Fars Körfəzi Əməkdaşlıq Şurasının bəyanatını alqışlayıb
    Kənani Fars Körfəzi Əməkdaşlıq Şurasının bəyanatını alqışlayıb

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Fars Körfəzi Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin İran-Ərəbistan danışıqlarının nəticələri barədəki bəyanatı və himayələrini alqışlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani ümidvarlıq edibdir ki, əldə olunmuş razılaşma regional sabitlik, sülh və inkişafın artmasında təsirli rol oynayacaq.

Kənani eyni zamanda bəyanatın Yəmən və onun İranın adı ilə bağlı olması barədəki mətləblərini rədd edib və uzunmüddətli Yəmən böhranına son qoymaq üçün siyasi həll yolunun irəliləməsinin və realizmin vacibliyinə təkid edib.

Fars Körfəzi Əməkdaşlıq Şurası öz dövri yığıncağında yaydığı bəyanatda şuraya üzv ölkələrin birgə addımlarının davam etməsi və İranla ixtilafların dinc yollarla həll olunmasına təkid edib.

İran ilə Ərəbistan arasında Pekində keçirilən müzakirələr gedişində iki ölkə martın onunda yeddi ildən sonra öz diplomatik əlaqələrini bərpa etmək barədə razılığa gəldi.