İran prezidenti Ərriyada səfər dəvətini müsbət cavablandırıb
https://azeri.sahartv.ir/news/İran-i398785-İran_prezidenti_Ərriyada_səfər_dəvətini_müsbət_cavablandırıb
Tehranın Ərriyad və Fars Körfəzi ətrafındakı ölkələrlə əlaqələrinə toxunan İranın birinci vitse-prezidenti bildirib ki, İran İslam Respublikası prezidenti Ərəbistan kralının Ərriyada rəsmi səfər üzrə dəvətinə müsbət cavab verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2023 15:24 Asia/Baku
  • İran prezidenti Ərriyada səfər dəvətini müsbət cavablandırıb

Tehranın Ərriyad və Fars Körfəzi ətrafındakı ölkələrlə əlaqələrinə toxunan İranın birinci vitse-prezidenti bildirib ki, İran İslam Respublikası prezidenti Ərəbistan kralının Ərriyada rəsmi səfər üzrə dəvətinə müsbət cavab verib.

Məhəmməd Müxbir Mehr informasiya agentliyi ilə müsahibədə qeyd edibdir ki, Seyid İbrahim Rəisinin əsas strategiyası, region ölklələrilə əlaqələri yüksəltmək olub.

İran və Səudiyyə Ərəbistanı martın onunda Pekində diplomatik əlaqələrin bərpa edilməsi barədə razılığa gəldilər. Bu əsasda qarşıdakı iki ay ərzində iki ölkədə səfirliklər və diplomatik nümayəndəliklər yenidən açılmalıdır.