İranlılar İmam Əlinin (ə) şəhadət gecəsində “Qədr gecəsini” qeyd etdilər
Çərşənbə axşamı gecəsi milyonlarla iranlı İmam Əlinin (ə) şəhadət gecəsində ölkə boyu dini məkanlarda olaraq, ikinci Qədr gecəsi mərasimlərində iştirak ediblər.
Bu gün 1444-cü hicri qəməri ili Ramazan ayının 21-i dünya şiələrinin birinci imamı Həzrət Əlinin (ə) şəhadəti günüdür.
40-cı hicri qəməri ili mübarək Ramazan ayının 19-u günü səhər tezdən xəvaric qrupundan olan İbn Mülcəm Muradi Həzrət Əli (ə) sübh namazı qılarkən öz zəhərli qılıncını o həzrətin mübarək başına endirdi.
O, həzrət zərbə aldıqdan sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək ramazan ayının 21-ci günü şəhid oldu.
Min aydan daha fəzilətli olan Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrinə təsadüf edir. Müsəlmanlar Qədr gecələrini oyaq qalaraq, səhərə kimi ibadətlə məşğul olurlar.
Çərşənbə axşamı gecəsi bütün İslami İranda insanlar mübarək Ramazan ayının ikinci Qədr gecəsi və İmam Əlinin (ə) şəhadət gecəsində əzadarlıq və matəm mərasimləri keçirdilər, eyni zamanda Cövşən Kəbir duası oxuyub, Quranı başlarına qoyaraq, Allah ilə razu-niyaz etdilər.
Səhər Azəri kanalı Həzrət Əlinin (ə) şəhadətinin ildönümü ilə bağlı bütün müsəlmanlara baş sağlığı verir və Qədr gecələrində bütün müsəlmanların ibadətlərinin qəbul olunmasını diləyir.