General Baqirinin son xəbərdarlığı İsraildə qızğın müzakirələrə səbəb olub
https://azeri.sahartv.ir/news/İran-i399258-general_baqirinin_son_xəbərdarlığı_İsraildə_qızğın_müzakirələrə_səbəb_olub
Sionist media İrana qarşı mümkün hücumların mənşəyinin hədəfə alınacağını yazır
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 19, 2023 12:46 Asia/Baku
  • General Baqirinin son xəbərdarlığı İsraildə qızğın müzakirələrə səbəb olub

Sionist media İrana qarşı mümkün hücumların mənşəyinin hədəfə alınacağını yazır

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin İsrail rejimi ilə qarşılıqlı əlaqələr quran ölkələrə xəbərdarlığı sionist mediasında geniş rezonans doğurub.

General-leytenant Baqiri deyib: “Sionist rejimin mövqeyi ölkəmizdən uzaqdır və bu rejimin rəhbərləri təyyarələri səmada yanacaqla doldurmağı düşünürlər ki, bu da onların təyyarələrini hədəfə almaq üçün ən yaxşı fürsətdir.

General qeyd edib ki, İran İslam Respublikasına hücum etmək üçün dünyanın hər hansı bir yerindən hansısa bir ölkənin bazasından istifadə edilərsə, sionist rejimlə yanaşı, hücumun mənşəyinə də güclü zərbələr endiriləcək.