İyul 09, 2023 20:29 Asia/Baku
  • Vaşinqton Ukrayna müharibəsini davam etdirmək və daha da mürəkkəbləşdirməkdə əzmkardır

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Amerikanın Ukraynaya kasset bombaları göndərmək üzrə qərarı, Vaşinqtonun Ukrayna müharibəsini davam etdirmək və daha da mürəkkəbləşdirməyə əzmkar olmasından xəbər verir.

Amerikanın Ukraynaya kasset bombaları göndərməyi bildirməsindən sonra Vaşinqtonun bu hərəkəti beynəlxalq müxalifətlər və reaksiyalara səbəb olub.

Pentaqon-un siyasi məsələlər üzrə rəis müavini Kolin Kal bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya/ kasset bombalarına şamil/ və dəyəri/ səkkiz yüz milyon dollar olan/ yeni hərbi paket göndərəcək. O, qeyd edib ki, Vaşinqton  özünün ən modern kasset bombalarını Kiyevə verəcək.

Avropa və Qərb ölkələri, xüsusən ABŞ,/ Rusiyaya qarşı sanksiya təzyiqini kəskinləşdirmək və Kiyevə müxtəlif yüngül və ağır silahlar təqdim etməklə nəinki Ukrayna savaşına son qoymaq istiqamətində bir addım atmayıb, əksinə bu ölkədə müharibə alovunu keçmişdəkindən daha çox qızışdırıblar.

Rusiya rəsmiləri, həmçinin Qərbdəki bəzi ekspert və medialar Ukrayna savaşını Qərb ilə Rusiya arasında proksi-müharibə adlandırıblar.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü- Nasir Kənani Amerikanın Ukraynaya kasset bombaları göndərmək əzminə cavab olaraq, öz virtual səhifəsində yazıb ki: Bu addım Amerikanın səbatsızlaşdırıcı hərəkətləri, eləcə də ayrı-seçkilik etmədən daha çox qırğın və dağıntıya kömək edən silah ixracatından digər bir nümunədir.

 

Teqlər