ABŞ-ın himayə etdiyi neft tankeri saxlanıldı
" SEPAH " Donanmasının ikinci bölgəsinin komandiri: İyulun 6-da İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin ikinci bölgə heyəti " Fars körfəzi"-ndə İslam Respublikasının neft qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin idarə etdiyi "NAD2" markalı gəmini yoxlayarkən, amerikalılar qeyri-qanuni və olduqca qeyri-peşəkar şəkildə qarşısını almaq üçün hərəkətə keçiblər.
SəhərAzəri-nin məlumatına əsasən, İran İnqilabı Keşikçiləri Korpusu Donanmasının ikinci bölgəsinin heyəti yoxlama-axtarış əməliyyatı zamanı qanun pozuntusunu törədən gəminin kapitanı qaçmaq üçün bölgədəki amerikalıların nəzarət və komanda mərkəzi ilə əlaqə yaratmağa çalışıdığını aşkarlayıblar. Qeydə alınmış söhbətlərdə məlum olub ki, Amerika komanda və idarəetmə mərkəzinin komandiri gəminin kapitanına Amerika hərbi qüvvələrinin köməyə gəlmənə kimi gəminin mühərrikini söndürməsini istəyib.Bu məqsədlə amerikalılar 2 ədəd " A10 " yerüstü döyüş təyyarəsi, bir " P8A " kəşfiyyat təyyarəsi, 2 "Hawk helikopteri " bir "MQ9 " PUA-nı əməliyyata cəlb etmiş və patrul qayıqlarını həmin yerə göndərmişlər. Onlar son ana qədər qanunu pozan gəminin saxlanılmasının qarşısını almağa çalışsalar da, "SEPAH"-ın ikinci dəniz zonasının heyəti yüksək peşəkar əməliyyat keçirərək ABŞ komanda mərkəzi tərəfindən bütün görülmüş tədbirlərə və edilmiş xəbərdarlıqlara məhəl qoymadan qanun pozuntusuna yol vermiş gəmini dayandırmış, daha sonra isə, gəminin hüquqi prosedurlara cəlb edilməsi üçün Buşehr limanına tərəf istiqamətləndirmişlər.