Müəzzəm Rəhbər: " Hövzənin nəzərində təbliğat ilkin yerdə dayanmalıdır"
https://azeri.sahartv.ir/news/İran-i401620-müəzzəm_rəhbər_hövzənin_nəzərində_təbliğat_ilkin_yerdə_dayanmalıdır
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İranın müxtəlif şəhər və rayonlarından gəlmiş ilahiyyatçı, tələbə və dini mübəlliğlərlə keçirdiyi görüşdə buyurublar ki : "Hövzənin nəzərində təbliğat ilkin yerdə dayanmalıdır"
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2023 11:46 Asia/Baku
  • Müəzzəm Rəhbər:

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İranın müxtəlif şəhər və rayonlarından gəlmiş ilahiyyatçı, tələbə və dini mübəlliğlərlə keçirdiyi görüşdə buyurublar ki : "Hövzənin nəzərində təbliğat ilkin yerdə dayanmalıdır"

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin məlümat bürosunun veridyi xəbərə görə, Həzrət Ayətullahul Uzma Xamenei bu görüşdə buyurublar ki, "İranda təbliğat imkanları olduqca geniş, əhatəli və dinamikdir"

Ayətullahul Uzma Xamenei İranın təbliğat, moizə və təhqiqata ehtiyacı olduğunu bildirərək buyurublar ki, " bu gün gənclərin və bütün ictimaiyyətin sahib olduğu məlumat səviyyəsi keçmişlə heç də müqayisə oluna bilməz"

İslam İnqilabının Ali Məqamlı Rəhbəri həmçinin bu görüşdə bildiriblər ki, “Gənclərimizin, yeniyetmələrimizin, bizi izləyən insanların fikir-düşüncə səviyyəsinin getdikcə artması ilə yanaşı olan mənfi xüsusiyyət yaddan çıxarılmamalıdır. Bu, media və kütləvi mətbuat platformalarının olduqca qarmaqarışıq və müxtəlif sədalar altında fəaliyyətidir”

Həzrət Ayətullahul Uzma Xamenei daha sonra buyurublar ki, " medianın belə bir həddə çoxluğu və müxtəlif sədalar altında yalnız bir səsin təcrid edilmiş və tərk edilmiş olduğunu görürük. Həmin çatdırılası bu səs, ailə və ictimaiyyəti marifləndirəcək səsdir"