İran və Azərbaycan su bəndlərinin inşası və istifadəyə verilməsinin davamı barədə məşvərət ediblər
İran İslam Respublikası və Azərbaycan Respublikasının birgə texniki komissiyasının Xudafərin və Qız Qalası su bəndləri və elektrik stansiyalarının inşası və istifadəyə verilməsinin davam etdirilməsi üzrə iclası keçirilib.
İyulun on biri və on ikisində Qız Qalası su bəndinin emalatxanasında keçirilən iclas, İranın energetika nazirinin müavini Məhəmməd Cəvanbəxt və Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Sultanovun iştirakı ilə təşkil edilib.
Tərəflər sözügedən iclasda Xudafərin və Qız Qalası su bəndləri və elektrik stansiyaları, həmçinin Ordubad və Marazad elektrik stansiyalarının inşası və istifadəyə verilməsinin davam etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
İclasda birgə texniki komissiyanın iranlı və azərbaycanlı həmsədrləri təyin edilmiş mövzuları nəzərdən keçirib, Xudafərin və Qız Qalası su bəndlərinin istifadəyə verilməsi üzrə icra əməliyyatlarının sürətləndirilməsi barədə lazımi qərarlar çıxarıblar.