İran-Uqanda ticarət həcmi onqat artırıla bilər
İran prezidenti Afrikaya səfərlərinin davamında bu gün Uqandaya daxil olub.
Rəisi İran-Uqanda həmkarlıqlarının inkişafı üzrə mövcud imkanları çox çeşidli adlandırıb və belə deyib: Əgər iki ölkənin iqtisadi fəalları və iş adamları qarşılıqlı imkanları yaxşı tərzdə müəyyən edərlərsə, bu imkanların mübadiləsi İran və Uqandanın bir çox ehtiyacını təmin edə bilər.
Rəisi həmçinin iki ölkənin iqtisadi fəalları və iş adamlarının birgə yığıncağında deyib: Uqandanın prezidenti və yüksək vəzifəli rəsmilərilə görüşlər və məşvərətlərdə qarşılıqlı iqtisadi-ticari əlaqələrin genişləndirilməsi qərarına gəldik.
O, deyib: Aparılmış məşvərətlərdə qərara alındı ki, İran və Uqandadakı əlaqədar orqanlar ikiqat səylə iki ölkə həmkarlıqlarının asanlaşdırılması və əlaqələrin genişləndirilməsi yolunda ehtimal olunan maneə və problemləri aradan qaldırsınlar.
Rəisi bu sahədə lazımi həll yollarının təqdim edilməsi və həmkarlıqların asanlaşdırılması və genişləndirilməsi yolundakı maneələri dəqiq şəkildə müəyyən edilməsi məqsədilə iclasların keçirilməsinin önəminə təkid edib. Bildirib ki, iki ölkənin hazırkı ticari-iqtisadi mübadilələr miqdarı iki ölkənin heç biri üçün qəbulediləsi deyil. Belə bir halda, asanlıqla iki ölkə arasındakı ticarət həsmini onqat artırmaq olar.