Ukraynada müharibə, həll yolu deyil
https://azeri.sahartv.ir/news/İran-i402414-ukraynada_müharibə_həll_yolu_deyil
İran xarici işlər naziri bildirib ki, Ukraynada müharibə, həll yolu deyil. Vurğulayıb ki, İran Ukraynada döyüşən tərəflərin silahlandırılmalarına qarşıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2023 12:20 Asia/Baku
  • Ukraynada müharibə, həll yolu deyil

İran xarici işlər naziri bildirib ki, Ukraynada müharibə, həll yolu deyil. Vurğulayıb ki, İran Ukraynada döyüşən tərəflərin silahlandırılmalarına qarşıdır.

Tokioda səfərdə olan Hüseyn Əmir-Abdullahiyan bir mətbuat konfransında Ukrayna, həmçinin İran-Rusiya hərbi əməkdaşlıqları haqda danışıb. Bildirib ki, İran Ukrayna müharibəsində istifadə edilmək üçün heç bir tərəfə heç bir PUA verməyibdir.

Rusiyanın özü dünyada ən iri silah istehsalçısı və ixratçısıdır- deyən İran xarici işlər naziri əlavə edib: Yaponiyada yayılan məlumata əsasən, Ukrayna müharibəsində istifadə edilən başlıca hərbi detallar Qərb ölkələrindən təmin edilib.

İran xarici işlər naziri deyib ki, ötən il şəxsən Ukrayna xarici işlər nazirindən “Əgər İran pilotsuzlarından istifadə haqda faktlara malikdirsə, onları İranın hərbi rəsmilərinə təqdim etməsi”ni istəmişdi.

Əmir-Abdullahiyan belə qeyd edib: Ukrayna xarici işlər naziri ilə razılaşdırıldı ki, İranın hərbi heyəti Polşanın Varşava şəhərinə səfər etsin və orada Ukraynanın hərbi rəsmilərilə bu barədə görüş keçirsin. İranın hərbi heyəti Varşavaya daxil olsa da, ukraynalı tərəf görüş yerinə gəlmədi.

İran xarici işlər naziri vurğulayıb ki, Ukrayna xarici işlər naziri ilə telefon əlaqəsində heç bir iddia olunan sənədin mövcud olmadığı və Ukrayna müharibəsində İran PUA-sından isiifadə barədəki ittihamların tamamilə səhv və qeyri-düzgün olduğunu bildirib.

İran Ukrayna müharibəsindəki tərəflərdən hər birinin silahlandırılmalarına qarşıdır- deyən Əmir-Abdullahiyan belə qeyd edib: Ukraynaya Amerika və Qərb silahlarının geniş miqyasda göndərilməsinin davam etməsi, bu ölkədə daha çox əmin-amansızlıq, səbatsızlıq, qırğın və dağıntı amildir.