Danimarka səfiri İran XİN-ə çağırılıb
https://azeri.sahartv.ir/news/İran-i402416-danimarka_səfiri_İran_xİn_ə_çağırılıb
İran Xarici İşlər Nazirliyi Danimarkada Qurani-Kərimə qarşı hörmətsizliyin davamında bu ölkənin səfirini çağırıb.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Avq 07, 2023 12:48 Asia/Baku
  • Danimarka səfiri İran XİN-ə çağırılıb

İran Xarici İşlər Nazirliyi Danimarkada Qurani-Kərimə qarşı hörmətsizliyin davamında bu ölkənin səfirini çağırıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib ki, bu gün Danimarkanın Tehrandakı səfiri həmin ölkədə Qurani-Kərimə qarşı hörmətsizliyin təkrar edilməsinə etiraz olaraq, nazirliyin Qərbi Avropa şöbəsinin müdiri tərəfindən çağırılıb və İranın sözügedən prosesin davam etməsnə olan kəskin etirazı Danimarka səfirinə bəyan edilib. Ondan istənilibdir ki, qeyd edilən etiraz hallarını dərhal öz paytaxtına elan etsin.

Kənani əlavə edib: Danimarka səfiri İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa şöbəsinin müdirinə/ öz dövlətinin sözügedən prosesi əngəlləmək üzrə tədbirləri haqda izahat verib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Qurana hörmətsizlik, alçaq bir sionist planıdır. O, vurğulayıb ki, bu gerçəklik/ həmin hörmətsizlik və cinayətlərin baş verdiyi məkanın yiyəsinin məsuliyyətini azaltmır.