Fövqəlgüclər İrandan müdafiə texnikası satın almaq istəyirlər
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın aviakosmik qüvvələrinin komandanı bu qüvvələrin raket və PUA gücünə işarə ilə, deyibdir ki, fövqəlgüclər İrandan müdafiə təchizatları satın almaq istəyirlər.
İranın raket və PUA gücünün daha da yüksəlməsinə səy göstərildiyini dilə gətirən briqada generalı pasdar Əmir Əli Hacızadə əlavə edib: Bu gün/ bir zamanlar İranın bir neçə vasitə ilə də söhbət edə bilmədiyi fövqəlgüclər İran İslam Respublikasından modern hərbi-müdafiə texnikası satın almaq istəyirlər.
İslami İranın icbar edilmiş müharibə dövründəki müdafiə gücü ilə hazırkı dövrdəki müdafiə gücünü müqayisə edən general pasdar Hacızadə bildiribdir ki: Bir gün düşmən hücum mövqeyində idi, İran isə müdafiədən nigaran idi. Bu gün isə, İran İslam Respublikası hücum mövqeyindədir, düşmənlər isə öz müdafiə şəbəkələrini təkmilləşdirmək ardıncadırlar.
Sepah-ın aviakosmik qüvvələrinin komandanı həmçinin qeyd edib ki: Düşmənlər bu gün İslami İrana zərbə vurmaq üçün bütün imkanlarını səfərbər ediblər. Belə bir şəraitdə, Sepah/ düşmənlərin hücumları qarşısında və onların fitnələrinin zərərsizləşdirilməsi yolunda/ İran dövlətinin köməkçisidir.