Ali Məqamlı Rəhbər: Düşmənlərlə qarşılaşmanın yolu şəhidlərin yolunu davam etdirmək və müqavimətdir
https://azeri.sahartv.ir/news/İran-i402763-ali_məqamlı_rəhbər_düşmənlərlə_qarşılaşmanın_yolu_şəhidlərin_yolunu_davam_etdirmək_və_müqavimətdir
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ərdəbil Vilayəti Şəhidlərini Anma üzrə Milli Konqresin üzvləri ilə görüşdə İslam İnqilabının düşmənləri ilə qarşılaşmanın yolunu müqavimət və möhkəm dayanmaq adlandırıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 20, 2023 09:41 Asia/Baku
  • Ali Məqamlı Rəhbər: Düşmənlərlə qarşılaşmanın yolu şəhidlərin yolunu davam etdirmək və müqavimətdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ərdəbil Vilayəti Şəhidlərini Anma üzrə Milli Konqresin üzvləri ilə görüşdə İslam İnqilabının düşmənləri ilə qarşılaşmanın yolunu müqavimət və möhkəm dayanmaq adlandırıblar.

Ali Məqamlı Rəhbərin ofisinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullahül-üzma Xamenei avqustun 13-də keçirilən bu görüşdə düyünlərin açılmasında və maneələrin aradan qaldırılmasında, xüsusən də səkkiz illik Müqəddəs Müdafiə dövründə şəhidlərin mücahidətlərinin roluna toxunaraq, vurğylayıblar: "İslam İnqilabı düşmənlərinin idrak, iqtisadi, siyasi və təhlükəsizlik müharibəsi ilə üzləşməyin yolu şəhidlərin yolunu davam etdirmək və onların dərslərinə yəni mücahidət, möhkəm dayanma və müqavimətə əməl etməkdir". 

O Həzrət, şəhidlərin yolunu qoruyub saxlamaq və möhkəmləndirməyi və onların əməli tərcümeyi-halını gənc nəslə ötürməyi mühüm vəzifə hesab ediblər və əlavə ediblər: "Biz şəhidlərlə müasir idik və onların cihadlarını, fədakarlıqlarını, şəhadətlərini, problemləri həll etmələrini və güc qüvvələri qarşısında durmalarını gördük, lakin gənc nəsil bu məsələni aydın və açıq şəkildə ləms etməyib, ona görə də bu sahədə alimlər, mütəfəkkirlər, akademiklər və dövlət məmurlarının hər biri öz mövqeyinə uyğun rol oynamalıdır".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri şəhidlərin Allah Təalanın yanında uca məqamı və Rəbbin hərimində xüsusi ruzidən bəhrələnmələri haqqında Qurani-Kərim ayələrinə işarə edərək buyurublar: "Allah-taala şəhidlərin qanına bərəkət verir, və bunun ən yüksək və ən bariz nümunəsi İmam Hüseynin (ə) qanıdır ki, bu da Kərbəla hadisəsinin tarixdə yaşamasına və müsəlmanların, hətta qeyri-müsəlmanların da  o Həzrətə sevgisinin günü-gündən artmasına səbəb olmuşdur".

Həzrət Ayətullahül-üzma Xamenei Məhərrəm ayının ilk ongünlüyündə əzadarlıq məclislərinin düşmənlərin onu rövnəqdən salmaq cəhdlərinə baxmayaraq, coşqulu şəkildə keçirilməsini, həmçinin möhtəşəm Ərbəin yürüşünü Allah-təalanın şəhidlərin qanına verdiyi dəyərin göstəricisi adlandırıblar və şəhidlərin yolu və qanını qorumağın vacibliyini vurğulayıblar.  

İslam İnqilabının Ali Məqamlı Rəhbəri şəhidlərin adının və yolunun qorunub saxlanılması üçün təsirli üsullardan istifadəni zəruri hesab ediblər ən yaxşı və zəruri metodun bədii üsullardan istifadə olduğunu qeyd ediblər. 

O Həzrət , Ərdəbil vilayətinin əhalisini döyüş meydanlarının ön cəbhəsində hazır olan bir xalq kimi xarakterizə edib və  əlavə ediblər: “Müqəddəs Müdafiə zamanı 35 minə yaxın mücahidin cəbhələrə göndərilməsi və bu müddətdə 3400 şəhidin təqdim edilməsi bu xalqın fədakarlıqlarına və bu xüsusiyyətlərinə dəlildir. Bu xüsusiyyətlər gənc nəslə ötürülməlidir”.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ərdəbilin elmi keçmişinə və bu bölgədən Mühəqqiq Ərdəbili kimi böyük alimlərin ərsəyə gəlməsinə də toxunaraq, vurğulayıblar: “Hər bir bölgənin əsl mahiyyəti coğrafi və regional sərhədləri aşır və buna əsasən,  Ərdəbil camaatının istər elmi, istərsə də cihad və şəhadət kemişi, həmçinin milli həyatın bərpasına zəmin yaradan səhnələrdə varlığı Ərdəbilin əsl mahiyyətidir.

Həzrət Ayətullahül-üzma Xamenei daha sonra buyurublar:  “Ərdəbilin iki milli və islami cəhətdən İran xalqı üzərində böyük haqqı var, çünki İranda birlik və vəhdət yaratmaq, eləcə də Əhli-Beyt (ə) məzhəbini yaymaq və təbliğ etmək Səfəvilər dövründə Ərdəbildən başlayıb".