Avq 21, 2023 16:58 Asia/Baku
  • İnqilab Rəhbəri İranın güləş komandalarının birincilik qazanmalarına görə təşəkkür ediblər

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə İran İslam Respublikasının sərbəst və yunan-roma güləşləri üzrə yeniyetmə və gənclərdən ibarət komandalarının dünya birinciliyini qazanmalarını yüksək qiymətləndiriblər.

Həzrət Ayətullahuluzma Xameneinin müraciətində deyilir: Yunan-roma güləşi üzrə milli komandanın əziz gəncləri öz qələbələrilə İran xalqını sevindirdilər.

O həzrət bu müraciətdə son iki həftə ərzində qalibiyyətə nail olmuş İranın sərbəst və yunan-roma güləşləri üzrə yeniyetmə və gənclərdən ibarət komandalarına təşəkkür ediblər.

Son iki həftədə İranın sərbəst və yunan-roma güləşləri üzrə yeniyetmə və gənclərdən ibarət dörd komandası dünya çempionu adına sahib çıxıbdır.

 

Teqlər