Sen 14, 2023 15:59 Asia/Baku
  • Ermənistan torpağı anti-İran fəaliyyətlər məkanı olmayacaq

Ermənistan xarici işlər naziri İran xarici işlər naziri ilə telefon söhbətində bildirib ki, Ermənistan torpağı mütləq şəkildə anti-İran fəaliyyətlər məkanı olmayacaq.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon söhbətində onunla Cənubi Qafqazdakı cari olaylar, həmçinin ikitərəfli münasibətlərin hərtərəfli şəkildə inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıb.

Bu telefon danışığı Ermənistan-Azərbaycan Respublikası sərhədlərindəki son canlanmadan sonra həyata keçirilib.

Sentyabrın on birində İranın iki ölkə rəsmilərilə əlaqədə olduğunu bildirən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani belə söyləmişdi: Ermənistan başçıları Azərbaycan Respublikası tərəfindən yeni hərbi münaqişənin törədilməsi ehtimalından nigarançlıq etdilər. Azərbaycan Respublikası rəsmiləri isə bizə mesaj verdilər ki, hərbi hücum üçün heç bir niyyətləri yoxdur. Azərbaycanlı rəsmilərin bildirdiklərinə əsasən, son yerdəyişmələr qış fəsli ərəfəsində adi hərbi tədbirdir, zira bu fəsildə dağlıq bölgələrdə gediş-gəliş çətinləşir.

İran İslam Respublikasının xarici işlər naziri bugünkü telefon söhbətində iki ölkə münasibətlərinin inkişafda olan prosesindən razılıq edib. O, bu biomun sağlamlığının qorunması məqsədilə Araz çayının çirklənməsinin qarşısının alınması üzrə yol xəritəsinin icra edilməsini həyati məsələ adlandırıb.

Ermənistan-Amerika hərbi manevrinə toxunan Əmir-Abdullahiyan, əcnəbi qüvvələrin regionda hər hansı iştirakını bölgənin vəziyyətinin daha da mürəkkəbləşməsi amili hesab edib.

Bölgədə dayanıqlı sülhə nail olmaq üçün ixtilafların köklərinin həll edilməsi zərurətinə işarə edən İran xarici işlər naziri əhatəli sülhə çatmaq üzrə ən təsirli yolu, 3+3 mexanizmi daxil olmaqla regional mexanizmlər və dialoqlar adlandırıb.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da İranla münasibətlərin genişləndirilməsini konstruktiv və mühüm adlandırıb.

Azərbaycan Respublikası hərbi qüvvələrinin yerdəyişməsinə işarə edən Mirzoyan bildiribdir ki, Cənubi Qafqaz sərhədlərində hər hansı dəyişiklik, qəbuledilməzdir.

İki ölkənin ekologiya rəsmilərinin danışıqlarına toxunan Ermənistan xarici işlər naziri Araz çayının ətraf mühitinin sağlamlığının əhəmiyyətinə təkid edib. Vurğulayıbdır ki, Ermənistan torpağı mütləq şəkildə anti-İran fəaliyyətlər məkanı olmayacaqdır.

Ermənistan xarici işlər naziri həmçinin bu ölkənin İranla münasibətlərinin genişləndirilməsinə təkid edib.

 

Teqlər