İran Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasını alqışlayır
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "İran İslam Respublikası Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin nümayəndələri arasında atəşkəs razılaşmasını alqışlayır".
Nasir Kənani bildirib ki, müharibə dağıntıdan və nifrət yaymaqdan başqa heç bir nəticə vermir və regionun sabitliyini və təhlükəsizliyini təhlükə altına alır.
Sözçü Bakı ilə Qarabağ bölgəsində yaşayan ermənilərin nümayəndələri arasında danışıqlardan məmnunluğunu ifadə edərək, bölgədə hərbi əməliyyatların uzadılması üçün daha heç bir səbəbin olmadığını və bölgənin bir daha müharibənin şahidi olmayacağına ümid etdiyini bildirib.
Kənani əlavə edib: "İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət edilməsini tələb edir və inanır ki, Qarabağ sakinlərinin hüquqları və təhlükəsizliyi də eyni çərçivədə təmin edilməlidir".
O, Tehranın regionda davamlı sülhün əldə edilməsinə kömək etməyə hazır olduğunu bildirib və vurğulayıb ki, üçüncü tərəflərin bölgəyə müdaxiləsi yalnız mövcud problemləri çətinləşdirir və əldə edilmiş razılaşmaları təhlükə altına salır.