Əmir Abdullahian: Asiya qədim sivilizasiyaların və mədəniyyətlərin beşiyidir
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Nyu-Yorkda "Asiya Əməkdaşlıq Dialoqu Forumu"nun xarici işlər nazirlərinin iclasında çıxışı zamanı Asiyanı qədim sivilizasiyaların və mədəniyyətlərin beşiyi hesab edib və çoxtərəfli əməkdaşlığı bu qitənin böyük potensialını reallaşdırmaq üçün bir vasitə kimi qiymətləndirib.
İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian Nyu-Yorkda Asiya Əməkdaşlıq Dialoqu (ACD) xarici işlər nazirlərinin 18-ci iclasında forumun yeni rəhbəri seçilib.
İclas çərşənbə günü, sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində keçirilib.
Əmir Abdullahian Forumun sədrliyi İran İslam Respublikasına təhvil verildikdən sonra çıxışı zaman deyib: "Şübhə yoxdur ki, zəngin və qədim Asiya sivilizasiyaları ədalətə, inklüzivliyə, dialoqa, dostluğa və çoxtərəfliliyə əsaslanan beynəlxalq münasibətlər üçün yeni paradiqma təqdim etməyə imkan verir".
O, Asiya Əməkdaşlıq Dialoq Forumunun iyirmi il əvvəl Asiya ölkələri arasında dialoq çərçivəsi olaraq, formalaşmasına toxunaraq, bildirib ki, Forumun 2016-cı ildə təsdiqlənən sənədində qeyd edildiyi kimi, Forum Asiya İcmasının yaradılmasında mühüm rol oynaya bilər.
Əmir Abdullahian vurğulayıb: "İran İslam Respublikası sədrliyi dövründə üzv dövlətlər və Katiblik ilə sıx koordinasiya şəraitində Foruma öz töhfəsini maksimum dərəcədə artırmaq əzmindədir".