İran Silahlı Qüvvələrinin paradı başlayıb
Sen 22, 2023 12:45 Asia/Baku
31 şəhrivər, müqəddəs müdafiə həftəsinin başlanması münasibətilə ölkə prezidenti və bir qrup yüksək rütbəli komandanın iştirakı il İran İslam Respublikası Silahlı Qüvvələrinin paradı başlanıb.
İmam Xomeyni(r.ə.)-in pak hərəminin ətrafında keçirilən mərasimdə ordu, sepah, nizam-intizam və bəsic qüvvələrinin bölmələri iştirak edirlər.
Prezidentin çıxışından sonra slahlı qüvvələrin piyada və yük bölmələri tirbunanın önündən keçəcəklər.
Bu mərasimlə bir zamanda, ölkənin digər vilayətləri də bu cür paradların şahidi olacaq. Əlbəttə, dəniz və hava qüvvələrinin paradı da Bəndər-Abbasda keçirilir.