İran parlament heyəti Bakıya yola düşüb
İran parlament heyəti Asiya parlamentləri assambleyasının mədəni və ictimai məsələlər üzrə daimi komitəsinin iclasında iştirak məqsədilə Bakıya yola düşüb. İclas Azərbaycan parlamentinin ev sahibliyi ilə keçirilir.
İran parlament heyətinə İran İslam Respublikası parlament qrupunun sədri Məhəmməd Mehdi Zahidi başçılıq edir. Heyətin tərkibinə İran İslam Respublikası parlament qrupunun üzvü- Məsumə Paşayi Bəhram və mədəni və ictimai məsələlər üzrə daimi komitənin sədri Əli Əlizadə daxilidirlər.
On altı ixtisas qətnaməsinin araşdırılması bu komitənin ikigünlük iclasındakı mühüm tədbirlərdəndir.
İclasın iş gündəminin digər hissəsi, qadınlar məsələsinə ayrılıbdır ki, onda iştirakçı ölkələr qadınlar sahəsində öz nailiyyətlərini təqdim edirlər.
Qeyd etmək lazımdır ki. İran, Azərbaycan, Bəhreyn, Kamboca, Qətər, İndoneziya, İraq, Küveyt, Qazaxıstan, Fələstin, Pakistan, Qırğızıstan, Ərəbistan, Suriya, Tacikistan, Tailand və Türkiyə heyətləri bu iclasda iştirak edirlər.