İsveçrənin müvəqqəti işlər vəkili İİR XİN-ə çağirilib
Fars Körfəzi Əməkdaşlıq Şurasının xarici işlər nazirləri və ABŞ dövlət katibinin birgə iclasının bəyanatının verilməsindən sonra Amerikanın İrandakı maraqlarının qoruyucusu kimi İsveçrənin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, sözügedən bəyanatda İrana qarşı əsassız ittihamların irəli sürülməsindən əlavə, İran İslam Respublikasının üç İran adası üzərindəki ərazi suverenliyinə qarşı qəbuledilməz iddialar irəli sürülüb və Amerika hökuməti də ona dəstək veribdir.
Sözügedən çağırışda Amerika hökumətinin təhrikedici hərəkətləri və bu düşünülməmiş mövqeyi ilə bağlı İran İslam Respublikasının kəskin etiraz və pisləmə halları İsveçrənin müvəqqəti işlər vəkilinə bəyan edilib.
Bu çağırışda belə qeyd olunub: İran İslam Respublikası Amerika hökumətinin ticarət gəmiçiliyi və dənizçiliyin təhlükəsizliyi ilə bağlı hər hansı təhdidi qarşısında öz maraqları və təhlükəsizliyinin qorunması və ərazi bütövlüyünün müdafiəsinə qərarlıdır və bu sahədə öz milli mənafeyini təmin etmək üçün lazımi tədbirlər görəcək.
Sözügedən çağırışda həmçinin təkid edilibdir ki, İran İslam Respublikası regionda yerləşmək və təhlükəsizliyin qorunması üzrə öz məsuliyyətli və sayıqcasına yanaşmasına əsasən, Amerikaya İranofobiya siyasətini davam etdirməklə regionun sərvət və ehtiyatlarını qarət etməyi davam etdirmək icazəsi verməyəcək.
İsveçrənin müvəqqəti işlər vəkili də qeyd olunan halları dərhal Amerika hökumətinə əks etdirəcəyini bildirib.
Qeyd olunan bəyanatın verilməsinin ardınca İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani də həmin bəyanata reaksiya verib.
İran İslam Respublikasının stabil və prinsipial mövqelərinə bir daha təkid edən Kənani üç İran adası- Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb adalarını İran İslam Respublikası ərazisinin ayrılmaz və əbədi hissəsi adlandırıb və belə əlavə edib: İran İslam Respublikası bu adalara qarşı hər hansı iddianı öz ölkə ərazisi və daxili işlərinə müdaxilə hesab edir və onu kəskin tərzdə pisləyir.