İran Ordusunu Koordinasiya Məsələləri üzrə Müavini açıqlama verdi
https://azeri.sahartv.ir/news/İran-i404212-İran_ordusunu_koordinasiya_məsələləri_üzrə_müavini_açıqlama_verdi
Kontr-admiral Səyyari: Dünyanın ən üstün PUA güclərindən biriyik
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2023 10:38 Asia/Baku
  • İran Ordusunu Koordinasiya Məsələləri üzrə Müavini açıqlama verdi

Kontr-admiral Səyyari: Dünyanın ən üstün PUA güclərindən biriyik

İran İslam Respublikası Ordusunu koordinasiya məsələləri üzrə müavini bildirib ki, bu ölkə dünyanın ən üstün PUA güclərindən biridir və onun dronları tamamilə yerlidir.

Kontr-admiral Həbibullah Səyyari gələcəkdə təhdidlər qarşısında texnoloji baxımdan hər kəsin heyrətdə qalmayacağını vurğulayaraq deyib: “Biz dünyanın ən üstün pilotsuz uçuş aparatları güclərindən biriyik. Gələcəyə baxaraq, tələb olunan dronları təmin edirik və bizim dronlarımız tamamilə yerlidir.”

Kontr-admiral H.Səyyari verdiyi əldə olunan nailiyyətlərə toxunaraq qeyd edib: “Gələcək ehtiyaclara uyğun olaraq tələb olunan PUA-ları təmin edə bilmək üçün gələcəyə baxırıq İstehsal baxımından bizim dronlarımız tamamilə yerlidir, yəni onların bir faizinin də xarici olmasını deyə bilərəm. Tamamilə yerlidir.”

Səyyari vurğulayıb: “Bu gün biz dünyanın ən üstün PUA güclərindən biri olduğumuza iddialıyıq. Bizdə bu qabiliyyət mövcuddur. Çünki istehsal olan pilotsuz təyyarələrin növləri bizim hansı PUA-ara malik olduğumuzu göstərir.”

Kontr-admiral əlavə edib ki, İranın identifikasiya, döyüş və məhvetmə qabiliyyətinə malik pilotsuz təyyarələrimiz var. Bu, raketləri daşıya bilən drondur. Hətta yerdə və ya havada hədəfləri müəyyən edə, izləyə və idarə edə bilən PUA-larımız var. Eləcə də, dənizdə bu qabiliyyətə malik PUA-larımız var, üzən obyektin üzərində uçuş həyata keçirir, dənizin üzərində havada uçaraq dənizdə hədəfi tapır və əmrə uyğun olaraq hədəfə hücum edir.

Onun sözlərinə görə, “Əbabil, Kaman, Kərrar, Mühacir son təlimdə qiymətləndirilmiş PUA növləridir.

Sonda admiral vurğulayıb ki, təhdid nə olursa olsun, PUA-lar cavab verir.