“Qafqaz məsələlərində regiondankənar qüvvələrin iştirakı və müdaxiləsi qadağandır!”
https://azeri.sahartv.ir/news/İran-i404749-qafqaz_məsələlərində_regiondankənar_qüvvələrin_iştirakı_və_müdaxiləsi_qadağandır!
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri X mikrobluqundakı paylaşımında Tehranda keçirilən 3+3 görüşünün mesajından bəhs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2023 08:47 Asia/Baku
  • “Qafqaz məsələlərində regiondankənar qüvvələrin iştirakı və müdaxiləsi qadağandır!”

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri X mikrobluqundakı paylaşımında Tehranda keçirilən 3+3 görüşünün mesajından bəhs edib.

Səfir Seyid Abbas Musəvi bildirib ki, Tehranda 3+3 görüşünün mesajı aydındır: Qafqaz məsələlərində regiondankənar qüvvələrin iştirakı və müdaxiləsi qadağandır!

O, İran, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin Tehranda biraraya gəlməsini İran İslam Respublikasının qonşuluq siyasətinin davamı və tamamlanması istiqamətində atdığı böyük addım kimi xarakterizə edib.

Səfir yazıb: “3+3 təşəbbüsü böyük addımdır. Regionçuluq və müxtəlif məqsədlər daşıyan regional mexanizmlərin formalaşması dünya nizamının ortaya çıxmaqda olan xüsusiyyətlərindəndir.”

Seyid Abbas Musəvi sonda bildirib: “Mesaj: Regiondankənar qüvvələrin Qafqaz məsələlərində iştirakı və müdaxiləsi qadağandır!”