Okt 24, 2023 13:41 Asia/Baku
  • İran Azərbaycan-Ermənistan ixtilaflarının həllinə köməyə hazırdır

İran prezidenti Qafqaz Əməkdaşlıq Qrupunun iclasında iştirak etmək məqsədilə Tehrana səfər etmiş Ermənistan xarici işlər naziri ilə görüşdə Qafqazın/ region ölkələri və xalqları üçün olan əhəmiyyətinə təkid edib.

Əcnəbilərin regional sülh və sabitliyə müdaxilə etmələrini zərərli adlandıran Seyid İbrahim Rəisi bildiribdir ki: İran İslam Respublikası özünün qüdrətli və təsiredici mövqeyinə görə, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı ixtilafların həllinə kömək etməyə hazırdır.

İran İslam Respublikası Qafqaz hövzəsi ölkələrinin təhlükəsizliyini öz təhlükəsizlyi hesab edir- deyən İran prezidenti Amerikanın, sionist rejimin və Qərb ölkələrinin bu region ölkələri arasında sülh və sabitliyi pozmaq üzrə dağıdıcı rollarına işarə edib.

Qeyd edibdir ki: Sionist rejimin bu gün Qəzzədə törətdiyi cinayətlər, həmçinin Amerikanın və qərbli müttəfiqlərinin bu cinayətə aşkar dəstəkləri, bütün ölkələr üçün bir ibrət dərsidir ki, bilsinlər: Bu hegemonçu dövlət və rejimlər heç vaxt onların əsl dostları olmayacaqlar!

Rəisi bu günlər Qəzzədə baş verən hadisələri sionistlərin region xalqlarına qarşı rasist və aparteid siyasətlərinin bariz nümunəsi/ və heç vaxt xalqlar tərəfindən qəbul edilməyəcək/ qəsbkar sionist rejimlə münasibətlərin bərqərarı üzrə açıq-aşkar xətanın sübutu adlandırıb.

İran İslam Respublikasının Qafqaz regionu hadisələri qarşısındakı qüdrətli və açıq mövqeyini yüksək dəyərləndirən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da/ bu həssas dövrdə İran mehvər olmaqla region ölkələri arasında görüş və dialoqların bərqərarı zərurətinə təkid edib.

 

Teqlər