Müəzzəm Rəhbər: " Tam hazırlıqlı və möhkəm elmi fikir bazası günümüzün tələblərindədir"
https://azeri.sahartv.ir/news/İran-i405500-müəzzəm_rəhbər_tam_hazırlıqlı_və_möhkəm_elmi_fikir_bazası_günümüzün_tələblərindədir
İslam İnqilabının Ali Məqamlı Rəhbəri "Əllamə Təbatəbai" Beynəlxalq Konqresinin təşkilatçıları ilə görüşündə bildiriblər ki, " Tam hazırlıqlı və möhkəm elmi fikir bazası günümüzün tələblərindədir"
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 15, 2023 16:19 Asia/Baku
  • Müəzzəm Rəhbər:

İslam İnqilabının Ali Məqamlı Rəhbəri "Əllamə Təbatəbai" Beynəlxalq Konqresinin təşkilatçıları ilə görüşündə bildiriblər ki, " Tam hazırlıqlı və möhkəm elmi fikir bazası günümüzün tələblərindədir"

İslam İnqilabının Ali Məqamlı Rəhbəri 2023-cü il noyabrın 8-də keçirilən "Əllamə Təbatəbai" Beynəlxalq Konqresinin təşkilatçılarının iclasında buyurublar ki, Ayətullah Seyid Məhəmmədhüseyn Təbatəbainin əsas və olduqca əhəmiyyətli işlərindən biri də, cəmiyyət arasında yayılan şübhəli fikirlərin, yeni yaranmış müxtəlif düşüncələrin qarşılığında tam hazırlıqlı və möhkəm elmi fikir bazasının təşkil etməsi idi. Bu iş bu gün bizə lazımlıdır"

O Həzrət daha sonra Əllamə Təbatəbainin istər sağlığında, istər vəfatından sonra əksər elmi əsərlərinin yayılmasına da işarə eədərk buyurublar ki,  mərhum Əllamə Təbatəbai Şəhid Mütəhhəri, Şəhid Beheşti və mərhum Misbah Yəzdi kimi alim, düşüncəli və nüfuzlu mütəxəssislərin yetişdirilməsində böyük əmək sərf etmişdir. Onun tələbələrinin əksəriyyəti İslam İnqilabının əsas öndərləri sırasında olmuşdur."