Noy 19, 2023 18:12 Asia/Baku
  • Qəzzə hadisələri bir çox gizli həqiqətləri dünya xalqlarına aşkar etdi

İslam İnqilabının Böyük Rəhbəri Sepah-ın aerokosmik qüvvələrinin nailiyyət və bacarıqları sərgisinə baş çəkdikdən sonra deyiblər:

Qəzzə hadisələri bir çox gizli həqiqətləri dünya xalqlarına aşkar etdi. Bu həqiqətlərdən biri, Qərb ölkələri başçılarının irqi ayrı-seçkiliyə tərəfdarlıq etmələridir.

İslam İnqilabının Böyük Rəhbəri sözügedən baxışdan sonra «Aşura» aerokosmik elm və texnika universitetinin məsul şəxsləri və komandirləri qarşısında çıxış edib və sionist rejimi irqi ayrı-seçkiliyin simvolu adlandırıblar.

O həzrət söyləyiblər: Sionistlər özlərini üstün, bəşəriyyətin yerdə qalan təbəqələrini isə aşağı irq hesab edirlər. Elə buna görədir ki, vicdan əzabı çəkmədən bir neçə min uşağı qətlə yetiriblər.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Amerika prezidenti, Almaniya kansleri, Fransa prezidenti və İngiltərə baş naziri bir belə iddia ilə/ belə bir irqçi rejimi himayə və ona kömək edirlər. Bu cənabların irqçiliyə tərəfdarlıq etmələri, dünyanın ən nifrət doğuran məsələlərindəndir.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı qeyd ediblər ki: Avropa və Amerika xalqları da bu vəziyyətlə/ öz vəzifələrinə aydınlıq gətirməli və göstərməlidirlər ki, irqçilik tərəfdarı deyillər.

Həzrət Ayətullahuluzma Xamenei sionist rejimin hərbi və əməliyyat uğursuzluqlarına işarə ilə deyiblər: Sionist rejimin Qəzzədəki məğlubiyyəti bir gerçəklikdir. İnsanların evlərinə və xəstəxanaların içərisinə girmək və irəliləmək/ qələbə deyil, zira qələbə, qarşı tərəfi məğlub etmək deməkdir ki, sionist rejim indiyə kimi ona çata bilməyib və gələcəkdə də bunu bacarmayacaqdır.

İnqilab Rəhbəri vurğulayıblar ki, bu bacarmamanın cəhətləri sionist rejimdən daha genişdir.

O həzrət deyiblər: Bu bacarıqsızlıq, Amerikanın və Qərb ölkələrinin bacarmamaları deməkdir. Hazırda bütün dünya belə bir həqiqətlə üzləşibdir ki: Hərtərəfli və modern hərbi təchizat və imkanlara malik olan bir rejim bu imkanlardan heç birinə malik olmayan öz tərəfi-müqabilinə qalib gələ bilməyibdir.

O həzrət müsəlman dövlətlərin vəzifə və fəaliyyətləri barədə də danışıblar: Bəzi islami dövlətlər zahirdə beynəlxalq təşkilatlarda sionist rejimin cinayətlərini pisləyiblər. Bəziləri də indiyədək pisləməyiblər, amma bu, qəbulediləsi deyildir. Əsas iş bundan ibarətdir ki, sionist rejimin həyat cərəyanı və venası kəsilməli, islami dövlətlər də enerji və ticarət mallarının bu rejimə çatmasına mane olmalıdırlar.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Xalqlar öz aksiyalarını davam etdirməklə/ Fələstin xalqının məzlumluğunun unudulmasına yol verməməlidirlər.

 

 

Teqlər