Noy 19, 2023 18:25 Asia/Baku
  • İranla Türkmənistan arasında bir milyard dollarlıq razılaşma əldə olunub

İran İslam Respublikasının yol və şəhərsalma naziri İranla Türkmənistan arasında bir milyard dollarlıq razılaşmadan xəbər verib.

İki ölkənin birgə iqtisadi əməkdaşlıqlar komissiyasının on yeddinci iclasında sözügedən razılaşmanı şərh edən Mehrdad Bəzrpaş bu barədə əməkdaşlıq sənədinin imzalandığını bildirib.

Bəzrpaş dünən İran-Türkmənistan birgə iqtisadi əməkdaşlıqlar komissiyasının on yeddinci iclası başa çatdıqdan sonra bildiribdir ki, qaz,/ iki ölkənin strateji mövzularından biri olubdur.

O, əlavə edib: Çox yaxşı razılaşma əldə olundu və türkmənistanlı tərəf İrana qaz ixracatının miqdarını artıracağına söz verdi.

Elektrik enerjisinin ötürülməsi xəttinin inşası sahəsində də razılaşmalar oldu- deyən Bəzrpaş vurğulayıbdır ki, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri Türkmənistanın tam rəğbəti ilə üzləşib.

 

 

Teqlər