İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Müqavimətin parlaq gələcəyindən danışdı
General-leytenant Baqiri: Müqavimət ölkələrinin gəncləri sakit oturmayacaq
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Müqavimət gənclərinin sionist rejimlə mübarizəsini yüksək qiymətləndirib.
General Məhəmməd Baqiri könüllər sərdarının müqavimət cəbhəsinin gücləndirilməsindəki roluna toxunaraq deyib: “Düşmənlər bilsinlər ki, şəhid Süleymaninin qanı hələ də qaynayır. Müqavimət ölkələrinin gəncləri susmayacaq və müstəmləkəçilik fidanının yetişməsinə imkan verməyəcəklər.”
O, Kirman şəhərində Şəhidlər Gülzarında və şəhid Süleymaninin məzarının yanında qeyd edib: “Bu günlərdə bütün dünya xalqları şəhid Süleymani və onun döyüş yoldaşlarının Fələstində əkdiyi tingin iri gövdəli ağaca çevrildiyini və sionist rejimi məhv etmək üçün müqavimət göstərdiyini görür”.