MÜƏZZƏM RƏHBƏR: “SİONİST REJİM DAHA CAVABSIZ QALMAYACAQ”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri deyiblər: Sionist rejim “Əqsa tufanı” hadisəsində nokaut zərbəsi aldı. Onlar bütün bu törətdikləri cinayətlərə rəğmən uğradıqları ağır məğlubiyyətin əvəzini ödəyə bilmədi. Bunun bədəlini heç gələcəkdə də ödəyə bilməyəcəklər
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahul Uzma Xamenei Xançjouda keçirilən Asiya və Para-Asiya Oyunlarının medalçıları və eləcə də idmann qəhrəmanları, məşqçilər, idman karifeyləri və idman fəalları ilə keçirilən səmimi görüşdə Qəzzədəki son hadisələri xatırladaraq idmanda daha çox işlənən ifadə ilə buyurublar ki, sionizm "Əl-Əqsa Tufanı" əməliyyatında nokauta düşdü. Həmas, bir çox imkanlara malik bir dövlət və ölkə kimi deyil, bir neçə mübariz döyüşçülərdən ibarət dəstənin sahib olduğu sadə imkanlarla qəsbkar sionist rejiminə nakaut zərbəsini endirdi.
O Həzrət daha sonra, sionistlərin belə bir rüsvayçı məğlubiyyətdən bütün səylərinə baxmayaraq çıxa bilməməsinə də işarə etmiş və buyurmuşlar ki, " Onlar öz məğlubiyyətlərini ört-basdır etmək üçün Qəzzədə ancaq xəstəxana və məktəblərə qarşı öz güclərini göstərə bilirlər. Onların bu işi sanki yarışda məğlubiyyətinin əvəzini ödəyən idamançının öz rəqibinin tərəfdarlarına qarşı dəlicəsinə və çılğıncasına hücum etməsinə, kötəkləməsinə oxşayır.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri sionist rejimin belə bir ağır məğlubiyyətinin bədəlini heç zaman ödəyə bilməyəciyəni də diqqətə çatdıraraq buyurublar ki, onlar bilsinlər ki, bu zülm və vəhşiliklər daha cavabsız qalmayacaq. Əlbətdə törədilən bu bombardmanlar qəsbkar rejimin sonunu tezləşdirir.
O həzrət, həçinin İran idmançılarının sionist rejimini təmsilçiləri ilə yarışdan imtina etmələrini təqdirəlayiq olduğunu bildirərək buyurublar ki, bu gün bütün dünya iranlı idmançıların bu hərəkətinin səbəbini artıq yaxşı anlayır. Çünki o idamnaçılar yarış meydanlarında cinayətkar, terrorçu bir rejimi təmsil edirlər.
Həzrət Ayətullahul Uzma Xamenei çıxışının davmında hegemon güclərə tabe olan beynəlxalq idman mərkəzlərinin rəsmilərini sərt tənqid edərək əlavə ediblər ki, müharibə bəhanəsi ilə siyasi məqsədlə bir ölkənin bütün idman növlərində iştirakına mane yaradanlar, 5000 fələstinli şəhid uşağı görməzdən gəlir və idmana guya siyasi müdaxilənin olmadığı iddiası ilə sionist rejimini törətdiyi soyqırım və müharibə cinayətlərinə görə qınamır və bundan məhrum etmirlər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri həmçinin görüşün əvvəlində bir sıra yeniyetmə və gənclərin qədim və gözəl idman növündən olan zorxana idmanını yüksək qiymətləndirmiş və buyurmuşlar ki, ötən illərdə idman təşkilatçıları deyildiyi kimi, qədim idman növləri beynəlxalq səviyyədə tanıtdırılmaq gücünə malikdir. Bu istiqamətdə mütləq səylər göstərilməlidir.