Müəzzəm Rəhbər: "Hərbi Dəniz Qüvvələri İslam hakimiyyətinin böyük imkanları sırasındadır"
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İran Ordu və dəniz qüvvələrinin komandanları ilə görüşündə İsam hakimiyyətinin və ölkə nüfuzunun artırılması və hərbi əməliyyatların gücləndirilməsi üçün yeni imkanların yaradılmasının əsaslı iş olduğunu və bunun cəmiyyətdə ümid və xatircəmliyə səsbəb olacağını bildiriblər.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin məlumat mərkəzinin verdiyi xəbərə əsasən, Müəzzəm Rəhbər Hz. Ayətullahul Uzma Xamenei çərşənbə axşamı "Dəniz Qüvvələri Günü" münasibəti ilə ölkənin ordu və Hərbi Dəniz Qüvvələrinin rəhbərləri ilə görüşündə Dəniz Qüvvələrinin böyük imkanlarına, xüsusilə də bu qüvvələrin dəniz iqtisadiyatının genişləndirilməsi istiqamətində aparılan əsaslı siyasətin imkanlarını xatırladaraq buyurublar: " Ordunun dəniz donanmasının hərtərəfli strateji qüvvəyə çevrilməsi üçün səy göstərilməlidir"
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Azər ayının 7-ni (noyabrın 28-i) İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri gününü olduqca yadda qalan tarixi bir gün olduğunu bildirərək qeyd ediblər ki, "bu gün Hərbi Dəniz Qüvvələrinin Fədakarlıq günü kimi elan edilməlidir"
Həzrət Ayətullahul Uzma Xamenei İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin inqilabın əvvəlindən günümüzədək başlanan irəliləyişini olduqca təsirli və heyrətamiz olduğunu diqqətə çatdıraraq bidiriblər ki, inqilabın ilk illərində ordunun dəniz donanmasının ərazi sularından kənarda olması təsəvvür edilməz idisə, indi, Dəniz donanması dünya ətrafında 360 dərəcə tam gücü ilə və qüdrətlə dövr edir və böyük qürurla ölkəyə qayıdır"
O Həzrət daha sonra əlavə ediblər, nə vaxtsa ordunun dəzin donanmasının Xəzərdə ola biləcəyi təsəvvür belə edilmirdi. Lakin, indi, esmineslər Xəzər dənizinin sahillərində qurulur və orada fəaliyyətini davam etdirirlər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu qüdrətin artan imkanlarından istifadə etməklə Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətini və hazırlıqlarını daha da təkmilləşdirməyi vurğulayıblar. O Həzrət, çıxışının davamında buyurublar: "Dəniz Qüvvələrinin gənclər arasında ümid və özünə inam hissini aşılaya biləcək imkanlarından biri də bu qüvvələrin istehsalat yerlərini və döyüş nailiyyətlərini nəzərədən keçirmək məqsədi ilə daha yaxşı şəkildə təşkil edilən baxış qruplarına yaradıla biləcək şərait də daxildir."
Xatırladaq ki, bu gün noyabr 28-i "Peykan" raket freqatının şəxsi heyətinin yaradılmasının ildönümü və İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri günüdür.