Noy 29, 2023 10:59 Asia/Baku
  • Tezliklə Suriyada ilk İran bankı fəaliyyətə başlayacaq

İranın Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzin suriyalı həmkarı ilə görüşdə yaxın vaxtlarda Suriyada ilk İran bankının fəaliyyətə başlayacağını bildirib.

Məhəmməd Rza Fərzin çərşənbə axşamı suriyalı həmkarı Məhəmməd Həzimə ilə görüşündə deyib: "Bank və kommersiya əlaqələrinin birgə investisiyaların artırılması Tehran və Dəməşqin ciddi gündəmindədir".

"İran və Suriya arasında pul və bank əməkdaşlığını ticarət-iqtisadi əlaqələr və iqtisadi mübadilələrin səviyyəsinə uyğun şəkildə inkişaf etdirmək və iki ölkənin tacirlərinin bank əməliyyatları ilə bağlı məsələlərini qısa müddətdə həll etmək lazımdır", - deyə İranın Mərkəzi Bankının sədri vurğulayıb.

O, İranda elektron bank xidmətləri və kart şəbəkəsinin inkişafı və Mərkəzi Bankın Suriya ilə bu sahədə müştərək əməkdaşlığa hazır olmasına işarə edərək, əlavə edib: "İranın qonşu ölkələrlə ticarət əməkdaşlığının inkişaf etdirilməsində mühüm strategiyalarından biri də pul münasibətlərində milli valyutalardan istifadə etmək və ticarət-iqtisadi mübadilələrin həcmini artırmaqdır".

Suriya Mərkəzi Bankının rəhbəri Məhəmməd Həzim də bu görüşdə Dəməşq-Tehran ticarət əlaqələri və mübadilələrinin artırılmasının vacibliyini vurğulayaraq, deyib: "İqtisadi-ticarət mübadilələrindən dolların çıxarılması və Suriya ilə İran arasında pul və bank əməkdaşlığı kontekstində milli valyutalardan istifadə edilməsi mütləq iki ölkənin ticarət balansını milli iqtisadiyyat və xalqın xeyrinə dəyişəcək".

Teqlər