İrəvani: İşğal olunmuş Fələstinin hazırkı vəziyyəti birbaşa sionist rejimin işğalının nəticəsidir
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi deyib: "Fələstin Xalqının Ayrılmaz Hüquqlarının Həyata Keçirilməsi üzrə Komitənin hesabatına əsasən, İşğal olunmuş Fələstinin hazırki xoşagəlməz vəziyyət birbaşa sionist rejimin işğalının nəticəsidir".
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Çərşənbə axşamı BMT-də Fələstin məsələsi ilə bağlı deyib: "İşğalçı rejimə daha tam cəzasız qalaraq, bütün cinayətlərini törətməsinə icazə verilməməlidir. BMT Baş Assambleyasının 1975-ci ildə qəbul etdiyi “Sionizmi” irqçilik və irqi ayrı-seçkiliyin bir forması kimi müəyyən edən 3379 saylı qətnaməsini canlandırmasının vaxtıdır".
O, əlavə edib: "İsrail rejimi bütün öhdəliklərinə əməl etməyə, Qəzzə zolağının blokadasını həmişəlik aradan qaldırmağa və işğal olunmuş bütün ərazilərin işğalına son qoymağa məcbur edilməlidir və müstəqil Fələstin dövlətinin qurulmasına dəstək verilməlidir. Bu baxımdan Fələstinin Birləşmiş Millətlər Təşkilatına və Baş Assambleyaya tamhüquqlu üzvlüyünə üstünlük verilməlidir".
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sionist qəsəbə sakinlərinin fələstinliləri xüsusilə də, uşaqları hədəfə aldıqlarını bəyan edərək, deyib: "Beynəlxalq hüquq birmənalı şəkildə təsdiq edir ki, hərbi qüvvələrin dəstəyi ilə birbaşa döyüş əməliyyatlarında iştirak etmiş silahlı məskunlaşanlara humanitar hüquqla qorunan mülki şəxslər statusu verilə bilməz".
"İran qətiyyətlə bildirir ki, fələstinlilərə qarşı törədilmiş cinayətləri özünümüdafiə adı altında ört-basdır etmək və onlara bəraət qazandırmq üçün istənilən cəhd, fələstinlilərin təbii hüquqlarına, xüsusən də özünümüdafiə hüququna məhəl qoyulmadığı halda hüquqi əsasdan və etibardan məhrumdur", deyə Əmir Səid İrəvani qeyd edib.
İrəvani daha sonra deyib: "İran hesab edir ki, davamlı sülhə yalnız işğala son qoyulması, fələstinlilərin öz müqəddəratını təyin etmək kimi ayrılmaz hüquqlarının bərpası, qaçqınların öz vətənlərinə qaytarılması və paytaxtı Qüds olmaqla müstəqil Fələstin dövlətinin qurulması ilə nail olmaq olar".
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sonda əlavə edib: "İnanırıq ki, hazırda ən mühüm və təxirəsalınmaz prioritet Qəzzədə humanitar fasilənin uzadılması və onu davamlı atəşkəsə çevirmək və Qəzzəyə humanitar yardımın sürətlə və geniş şəkildə çatdırılmasıdır".