Noy 29, 2023 13:13 Asia/Baku
  • Amerika İran Xarici İşlər Nazirinin viza məsələsini gecikdirdi

Məlumata görə, Əmir Abdullahian və onu müşayiət edən nümayəndə heyətinin BMT- iclasında iştirak etməməsinə səbəb ABŞ hökumətinin vizaların verilməsini gecikdirməsidir.

İran xarici işlər naziri bu haqda deyib ki, ABŞ hökuməti mənə və digər İran nümayəndə heyətinə viza verilməsini gecikdirdi və bu, bizi BMT-də bu gün keçirilən iclasda iştirak edə bilməməyimizə səbəb oldu.O, Qəzzə zolağında atəşkəsin qorunması üçün bütün səylərin davam edəcəyini bildirərək deyib ki, HƏMAS atəşkəsin davam etdirilməsi üçün necə hərəkət edəcəyinə özü qərar verəcək.O, açıqlamasında hazırda ən mühüm məsələnin bütün fələstinli əsirlərin azad edilməsinin və israilli məhbuslarla dəyişdirilməsi müqabilində daimi atəşkəsə necə nail olmaq təşəbbüsünün olduğunu bildirib.

Teqlər