Yan 03, 2024 14:49 Asia/Baku
  • Vəliyyul-Müslimin İmam Xamenei dua etdi

Müəzzəm Rəhbər: "Siddiqə Tahirənin (ə) və Onun (ə) Fatimə yolunu layiqincə davam etdirən övladı İmam Xomeyninin (r) mövludu münasibəti ilə təbrik söyləyirəm. Bu gün həm də əzizimiz Hacı Qasim Süleymaninin şəhadət günüdür"

Müəzzəm Rəhbər bu gün Hz.Zəhranın (ə) mövludu münasibəti ilə Əhli-Beyt (ə) məddahları ilə görüşündə buyurublar:"Bu böyük bayram Siddiqə Tahirənin (ə) mövludu münasibəti ilə təbrik edir və Allaha and verirəm ki, Fatimə Zəhranın (ə) hörmətinə bizim bu böyük şəxsiyyətə qarşı mərifətimizi günü-gündən daha da artırsın. Həmçinin Onun (ə) Fatimə yolunu layiqincə davam etdirən və irəli aparan övladı İmam Xomeyninin (r) mövludu münasibəti ilə təbrik söyləyirəm.Bu gün həm də əzizimiz Hacı Qasim Süleymaninin şəhadət günüdür. İnşaAllah Allah Təala Peyğəmbərin (s) ailəsinə verdiyi uca məqam və mənəvi üstünlüklərdən Peyğəmbərin (s) ailəsinin həqiqi davamçılarından olan bu əzizimizin ruhuna da mənəvi fəzilətini nazil etsin. Bizi də Ona qovuşdursun və Onun şəfaətini də bizə nəsib etsin."

Teqlər