İran ABŞ-ın Venesuela təyyarəsini saxlamasını qanunsuz hərəkət kimi pisləyib
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerika hökumətinin Venesuelanın «Emtrasur» şirkətinin «Boeing-300-747» təyyarəsini saxlaması və başqa yerə köçürməsini qanunsuz hərəkət kimi pisləyib.
Amerika xəzinədarlıq departamentinin sanksiyaları altında olan Venesuelanın «Emtrasur» şirkətinə məxsus və qısa adı- «YV 3531» olan «Boeing-300-747» təyyarəsi// saxlanıldığı zaman daşıdığı yükün qeyri-qanuni olması/ və onun ekipaj üzvləri tərəfindən qanunsuz hərəkətin edilməsinə dair heç bir faktın olmaması gerçəkliyinə rəğmən,/ 2022-ci ilin iyun ayında özbaşına surətdə Argetinada saxlanılıb, müsadirə edildi.
Amerika ədliyyə departamentinin bazar ertəsi günü bildirdiyinə görə, Florida ştatına gətirilən sözügedən təyyarə sıradan çıxarılacaq.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani əlavə edib: İran islam Respublikası Venesuelanın/ bu ölkənin əmlak və aktivlərinə əlçatanlıq və onların mülkiyyətinin bərpa olunması istiqamətindəki qanuni və diplomatik tədbir və səylərinə öz qətiyyətli dəstəyini elan edir.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerika hökumətinin/ Venesuelanın «Emtrasur» şirkətinin «Boeing-300-747» təyyarəsini saxlaması və köçürməsini/ beynəlxalq hüquq normaları və BMT nizamnaməsinin əsas prinsiplərinin pozulması, birtərəfli icbari hərəkətlər və qaçırılmanın nəticəsi, həmçinin qanunsuz yiyələnmə və mənimsəmə adlandırıb.
Venesuela hökuməti yaydığı bəyanatda bu ölkəyə aid olan təyyərənin aşkar şəkildə oğurlanmasını pisləyib. Bildirib ki, Amerika və Argentina hökumətlərinin təşkil etdikləri fitnəkarlıqdan sonra həyata keçən Venesuelanın «Emtrasur» şirkətinə mənsub təyyarənin oğurlanması/ quldurluq və talançılıq üzrə utancgətirici bir əməliyyatdır.